Ölkə futbolu
Rəşad Sadıqov: "Bizə qarşı belə epizodlarda qırmızı vərəqə olub"
"Çox emosional oyun oldu. Rəqib istəkli idi. İlk dəqiqələrdən hiss olunurdu. Oyundan qabaq futbolçularımızla rəqibi rəhlil etdikdə, "Neftçi" haqda danışdıqda onların böyük potesnailının olduğunu, əvvəlki turlardakı uğursuzluqlarını nəzərə almayıb, oyuna köklənməli olduğumuzu dedik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Neftçi" ilə heç-heçə etdikləri oyundan (1:1) sonra keçirilən mətbuat konfransında deyib.
"Bu gün meydanda aqressiv, dinamik və nəticə qazanmaq üçün əlindən gələni edən "Neftçi" var idi. Futbolçularım əzmkar mübarizə apardılar, hücumlarımız, uzaqdan zərbələrimiz də oldu. Bəzi epizodlarda dəqiqlik çatmadı. Son dəqiqədə rəqibə qol imkanı verdik, Tyaqo Silva yaxşı çıxış etdi, Brkiç yaxşı seyvi ilə yadda qaldı. Maraqlı, gərgin oyunun şahidi olduq. "Neftçi" bu gün əvvəlki turlarla müqayisədə çox fərqli idi. Bu, bizə topla daha çox oynamağa mane olurdu. Amma əzmkarlıq edib, vacib bir xal qazandıq", - deyə o bildirib.
Mütəxəssis nəticədən razı qalıb-qalmadığı ilə bağlı sualı belə cavablandırıb: "Neftçi" ilə oynayırdıq. 6 oyunun 5-də qələbə qazananda, istər "Neftçi", istər digər komandalar motivasiyalı və diqqətli hazırlaşırlar. Hesabda geri düşmüşdük, amma bərabərləşdirdik. Azər Əliyev hücuma çox qoşulurdu. Penalti qazandıq. Bugünkü "Neftçi"ni nəzərə alsaq, 1:1 bizim üçün yaxşı nəticədir. İki xal itkisi saymıram, bir xal qazandıq".
"Zirə"nin baş məşqçisi "Neftçi"nin qapısına təyin olunan penalti epizoduna Adrian Mutunun narazı olması ilə əlaqədar söyləyib: "Mənə penalti kimi gəldi. Epizodu dinamik şəkildə görmədik. Matias oyunçumuzun ayağından basırdı. Bizə qarşı belə epizodlarda hətta qırmızı vərəqə də olub”.
R.Sadıqov komandada çox mövqenin güclənməli olduğunu vurğulayıb: "Paxtman zədələnir, əvəzinə İlkini buraxırıqsa, demək ki, seleksiyamızda ciddi sıxıntı var. Filip çox yaxşı çıxış etdi. Sadəcə onu əvəzləməyə adam yox idi. Tək sağ cinah yox, heyətin genişliyi ilə bağlı problemimiz var. Mütləq şəkildə heyətimiz genişlənməlidir. Summa isinmədə xoşuma gəlmədi. Köməkçilərimə dedim ki, oyunu yaxşı alınmayacaq, elə də oldu. Halbuki həftəboyu yaxşı məşq etdi. Amma oyuna özünü düzgün kökləməmişdi. Ümid edirəm ki, növbəti matçlarda toparlanıb, daha yaxşı performans göstərəcək”.
O, "Qarabağ"dan Qaspar Panaderonu transfer etmək istədikləri iddialarına belə münasibət bildirib: "Xeyr. Transfer pəncərəsi də bağlanıb, icarəyə kimisə götürə bilmərik. İstədiyimiz futbolçular var idi, hətta Baqamolski üçün də "Neftçi"yə müraciət etmişdik. Sadəcə onlar gec hücumçu aldılar. Bəlkə erkən olsaydı, onu götürərdik. Yenə də baxırıq. Bilmirəm bu vaxta yaxşı futbolçu qalar, ya qalmaz. Açıq-aşkar görünür ki, seleksiyamızı tamamlaya bilməmişik. Müəyyən keyfiyyətləri ilə futbolçularım bunu sığortalayıb, nəticəyə yansıdırlar. Çaılışacağıq ki, qışa qədər seleksiyanın problemləri nəticəyə təsir etməsin".
"Zirə"nin baş məşqçisi İssa Cibrilanı son anda niyə əvəzləmədiyinin səbəbini də izah edib: "Bəli, fikrimi son anda dəyişdim. İsmayıl göstərdi ki, ayağında ağrı var. Zədədən gəlmişdilər, amma 90 dəqiqə meydanda saxladıq. Bu, düz deyil, amma məcbur idik. İsmayılı dəyişdik, risk etmək istəmədik. Ona görə dəyişdik. İssanı buraxaraq, əks-hücumlarda effektli olmağa çalışdıq. Amma İsmayıl əvəzetmə istəyirdi deyə, onu dəyişdik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
-
12:00
“Zirə” Tovuz səfərində, “Araz-Naxçıvan”ın növbəti ev sınağı
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək