6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Ayxan Abbasov: "Elə oyun idi ki, uda da bilərdik, uduza da”

“Sumqayıtda oynamaq həmişə çətindi. Rəqib start fitindən etibarən təzyiq edirdi. İlk 15 dəqiqə bizim üçün çox çətin keçdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın VII turunda səfərdə “Sumqayıt”a qarşı keçirilən oyundan (0:0) sonra deyib.

O, qolsuz heç-heçəni belə şərh edib: “Sevinirəm ki, komandam günü-gündən yüksək tempə dözür, daha diqqətli oynayır. 15-ci dəqiqədən sonra oyun bərabər səviyyədə keçdi. Yaxşı hücumlar qurduq. Qol epizodlarımız da var idi”.

A.Abbasov komandasının qol epizodlarını qaçırmasını qeyd edib: “Təəssüflər olsun ki, ardıcıl ikinci matçda yaxaladığımız real qol şanslarını boşa veririk. Deməli, bunun üzərində daha çox işləməliyik. Bu gün açıq oyun getdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Elə oyun idi ki, uda da bilərdik, uduza da”.

“Turan Tovuz”un çalışdırıcısı azarkeşlərə təşəkkürünü bildirib: “Xal itirə bilərik, amma bu tempi qorumalıyıq, yolumuza davam etməliyik. Uğur əldə etmək üçün hardansa başlamalıyıq. Ardıcıl 3 matçda komandamın yüksək tempdə çıxışını izləmək xoşdu. Azarkeşlərə təşəkkür edirəm. Bu gün onlar möhtəşəm idilər”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31