5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qarabağ”ın sabiq futbolçusu: “Bu komanda ikinci yerlə qrupdan çıxacaq”

Düşünürəm ki, “Qarabağ” ikinci yerlə qrupdan çıxacaq”.

Futbolxeber.az saytının   məlumatına görə, “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev Ağdam klubunun UEFA Avropa Liqasındakı şanslarını dəyərləndirərkən deyib.

50 yaşlı mütəxəssis Azərbaycan çempionunun qrupun ilk turunda Norveç klubu “Molde”yə qalib gəldiyi (1:0) görüşdəki performansından məmnun qalıb: “Oyunu stadiondan izlədim, möhtəşəm ab-hava var idi. “Qarabağ”ın ikinci yer uğrunda mübarizədə əsas rəqibi məhz “Molde”dir. Norveç təmsilçisi ümumilikdə yaxşı komandadır. Taktiki, texniki və fiziki cəhətdən hazırlıqlı görünürlər. “Qarabağ” önündə aciz qalması “Molde”nin zəif olmasından xəbər vermir. Sadəcə, “Qarabağ” möhtəşəm idi, rəqibə imkan vermədi”.

Veteran futbolçunun fikrincə, “Qarabağ” hələ ideal formasında deyil: “Fikrimcə, qrupda mübarizə son tura kimi davam edəcək. “Qarabağ”ın futbolçularının mövsümün startında fiziki durumları istənilən səviyyədə deyildi. Bu da normaldır. Oyundan-oyuna daha yaxşı olacaqlar. Əlbəttə ki, “Qarabağ”ın qrupu birinci pillədə başa vurmasını istəyirik. Ancaq bu, çox çətin görünür. Ən azı ikinci yeri tutmaq şansları yüksəkdir”.

B.Musayev Almaniyanın “Bayer 04” klubunun H qrupunda sürprizə imkan verməyəcəyini proqnozlaşdırıb: “Məncə, qrupun mübahisəsiz lideri “Bayer 04” olacaq. Onlar Almaniya çempionatında da inamla çıxış edirlər. Xabi Alonso gözəl kollektiv formalaşdırıb. “Hakken”in qapısından 4 cavabsız top keçirməklə favorit olduqlarını bir daha göstərdilər”.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” İsveçdə “Hakken”in, “Bayer 04” isə Norveçdə “Molde”nin qonağı olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31