5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Siyasət Əsgərov: "Oyundan razı qaldığımı deyə bilmərəm"

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da Kiprə qarşı keçirdikləri matç (1:1) haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, o, oyunun çətin keçdiyini deyib:

“İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu. Oyundan razı qaldığımı deyə bilmərəm. Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik. Bu görüşü analiz edib buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq. Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31