5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Azər Bağırov: "Arxayınlıqdan söhbət gedə bilməz"

Həftəsonu Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək “Araz-Naxçıvan” məşqlərini davam etdirir.

Futbolxeber.az-ın məlumatına görə, bugünkü hazırlıqdan sonra komandanın baş məşqçisi Azər Bağırov klubun saytına açıqlama verib:

“Şükürlər olsun ki, komandada hər şey qaydasındadır. Bu gün məşqimizi oyunun keçiriləcəyi ASCO Arenada reallaşdırdıq. Çalışdıq uşaqlar arenanın örtüyünə uyğunlaşsın. Zədəli futbolçularımız sağalıb və komandaya qoşulublar. Yalnız Muhamed Kadiri qırmızı vərəqə cəzalısı olduğuna görə meydana çıxa bilməyəcək. Əhval-ruhiyyə yaxşıdır. Uşaqlar oyunun məsuliyyətini dərk edirlər”.

Baş məşqçi “Neftçi” üzərində qazanılan qələbənin komanda üzvlərində eyforiya yaratmadığını da qeyd edib: “Eyforiyadan və ya hansısa arxayınlıqdan söhbət gedə bilməz. Əksinə, bu cür qələbələr özünəinamı artırır. Futbolçularla istər kollektiv, istərsə də fərdi söhbətlər zamanı vurğulayırıq ki, yüksəlişə qalxmaq nə qədər çətindirsə, orada dayanmaq ondan da çətindir. Ona görə də bütün görüşlərə tam konsentrasiya olmalı, bu yanaşmanı digər görüşlərə də daşımalıyıq”.

A.Bağırov bazar günü qarşılaşacağı rəqiblə bağlı da fikirlərini bölüşüb: “Səbail” son 3 oyunda qələbə qazanıb, “Qarabağ” kimi iddialı komandanı məğlub edib. Bu da onu göstərir ki, rəqib kəsərli əks-hücumlar qurur. Maraqlı oyun olacaq. Azarkeşlərimizə səslənirəm ki, gəlin, tribunada yerinizi tutun, komandamızı dəstəkləyin”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31