7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Ölkə futbolu

AFFA-da klub nümayəndələri ilə görüş

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası, I və II Liqada çıxış edən klubların nümayəndələri üçün 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, iclasda iştirak edən AFFA-nın baş katibi Sərxan Hacıyev lisenziyalaşdırma prosesinin vacibliyini vurğulayıb, bütün klublara uğurlar arzulayıb. Həmçinin, iclasda UEFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin rəhbəri Ales Zavrl çıxış edərək, iştirakçılara UEFA-nın Klubların Lisenziyalaşdırılması və monitorinq prosesi, Azərbaycan futbol klublarının maliyyə və digər göstəricilərinin müqayisəli təhlilini və UEFA-nın Qadınlar arasında Çempionlar Liqasında çıxış etmək üçün lisenziyalaşdırma tələbləri barədə ətraflı məlumat təqdim edib.

İclasda asağıdakı mövzulara aid təqdimatlar keçirilib:

- Ötən mövsümün icmalı və Klubların Lisenziyalaşdırılması Departamentinin yenilənmiş təşkilatı strukturu

- Prosesə aid rəsmi sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər

- Cari mövsümdən etibarən tətbiq olunacaq I Liqa üçün lisenziyalaşdırma sisteminə dair meyarlar

- Mövsüm ərzində təşkil olunacaq yerlərdə treninqlər və seminarlar

- Cari mövsümdən etibarən lisenziyalaşdırma sistemi çərçivəsində tətbiq olunacaq yeni elektron portalı. Portal klublar tərəfindən sənədlərinin təqdim olunması, onların qiymətləndirilməsi və prosesə aid digər məsələlər üçün nəzərdə tutulmuşdur.

İclasın sonunda klub nümayəndələrinin sualları cavablandırılıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31