7 May 2024, Çərşənbə axşamı
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı

Ölkə futbolu

“Mənə ləzzət edir ki, “Orxan daha yoxdu” deyənlər indi kənardan vurduğum qolları izləyirlər”

“ARAZ-NAXÇIVAN”IN BOMBARDİRİ: “BİLİRDİM Kİ, DAHA GÜCLÜ QAYIDACAM”

"Araz-Naxçıvan”ın bombardiri Orxan Əliyevin Futbolxeber.az saytına müsahibəsi

   

- “Araz-Naxçıvan”ın “Neftçi” üzərində qələbəsini çoxları gözləmirdi. Bu qələbəni necə şərh edərdiz?

- Qalib gəlsək də, oyun çox çətin keçdi. Bilirdik ki, “Neftçi” güclü komandadır. Şükürlə olsun ki, istəyimizə çatdıq. Özüm də qol vurduğum üçün sevinirəm.

- Ötən mövsüm I Divizionda bombardir olan Orxan Əliyev indi də eyni uğuru Premyer Liqada hədəfləyir?

- Divizion başqa səviyyədi, Premyer Liqa başqa. Əlbəttə, istərdim ki, Premyer Liqada da bombardir olum. Bunun üçün əlimdən gələni edəcəm. Çalışıram ki, daha çox qol vurmaqla komandamın qələbəsində pay sahibi olum.

- Geridə qalan 6 tur ərzində “Araz-Naxçıvan”ın çıxışına necə qiymət vermək olar?

- Nəticələrimiz normaldı. Təzə komandayıq. Özünüz görürsüz ki, necə oyun göstəririk. Motivasiya baxımından da komandada hər şey qaydasındadı.

- “Araz-Naxçıvan” kimi, bu mövsüm siz özünüz də müəyyən fasilədən sonra yenidən Premyer Liqada qayıtdız...

- Bilirdim ki, qayıdacam. Özü də daha güclü. Müəyyən səbəblər var idi. Bəziləri deyirdi ki, “o, daha qayıtmayacaq”. Lakin hər şey göz önündədi.

- Belə başa düşdük ki, kimlərləsə xüsusi prinsipiniz var.

- Yox, prinsip yoxdu, sadəcə mənə ləzzət edir ki, “Orxan daha yoxdu” deyənlər indi kənardan vurduğum qolları izləyirlər.

- Növbəti turda qarşılaşacağınız “Səbail”lə matçdan gözləntiləriniz nədir?

- “Səbail” də yaxşı komandadı. Son turlar ardıcıl qələbələri sıralayırlar. Biz isə öz növbəmizdə matça yaxşı köklənib, 3 xal üçün əlimizdən gələni edəcəyik.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31