7 May 2024, Çərşənbə axşamı
"Səbail" "Qəbələ"yə məğlub oldu
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”

Ölkə futbolu

Ayxan Abbasov: "Oyunun qəhrəmanı “Qəbələ”nin qapıçısı idi"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 6-cə turunda doğma meydanda "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib.

Futbolxeber.az saytının məlumatına görə, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun belə gərgin keçəcəyini bilirdik. Çünki, hər iki komandaya xal lazım idi. Heç kim uduzmaq istəmirdi. Böyük üstünlük əldə etdik. Təəssüf ki, bir neçə dəqiqəlik futbolçularımızda konsentrasiya aşağı düşdü. Bu gün çoxlu qol epizodumuz oldu. Oyunun qəhrəmanı isə rəqibin qapıçısı (Rəşad Əzizli - red) idi. Məni sevindirən odur ki, futbolçular istədiklərimizi edə bilir, epizodlar yaradırlar. Bunu davam etdirmək lazımdır. Çempionatda hər xal önəmlidir. Yolumuza davam edəcəyik.

- Son dəqiqələrdə qapıçınız sanki vaxt aparırdı. Bu, nə ilə bağlı idi?

- Qapıçılarda o hissiyyat var. Müdafiəçilərin yorğunluğu görünürdü. Bu o demək deyil ki, biz vaxt uzadırıq. Ani an idi, bir dəfə oldu.

- Bu cür oyunda xal itkisinin səbəbi nədir?

- Əlbəttə, 0:2-dən sonra rəqib hesabı bərabərləşdirirsə, deməli, səhvlərimiz var. Oyunu sakitləşdirmək lazım idi. Rəqib də hücum xəttində iki dəyişiklik etdi. Müdafiəçilərimizin yorğunluğundan istifadə etdilər.

- Belajdi Pusi qol vurandan sonra aqressiv görünürdü. Bu, nə ilə bağlı idi?

- Bəli, mən də ona iradımı bildirdim. Elə anlarda daha sakit olmaq lazımdır. İkinci sarı vərəqəni ala bilərdi. Araşdırsaq, xırda səhvlər sonda nəticəyə təsir edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31