Ölkə futbolu
Ağabala Ramazanov: “Bu, “Səbail”in maksimumu deyil” (MÜSAHİBƏ)
“Səbail”in hücumçusu Ağabala Ramazanovun Futbolxeber.az saytına müsahibəsi
- Premyer Liqanın VI turunda “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazandınız. Hesaba əsasən görüşün “Səbail” üçün asan keçdiyini söyləmək olar?
- Gəncə səfəri hamı üçün çətin olur. Bunu bildiyimiz üçün oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin necə oynayacağını bilirdik. Qələbəyə baxmayaraq, görüşün asan keçdiyini söyləmək olmaz. Çünki Gəncədə bir xal qazanmaq belə çətindir. Yaxşı oyun sərgilədik və layiqli qələbə qazandıq.
- Demək olar ki, matçın taleyini ilk 15 dəqiqədə vurduğunuz 2 qol həll etdi?
- Oyundan əvvəl elə məqsədimiz erkən qol vurmaq idi. Buna köklənmişdik, tez qol vurub qələbə qazanmaq istəyirdik. Bəli, erkən qollar işimizi asanlaşdırdı. Bu, fikirləşdiyimiz təzyiqli oyunun təzyiqini bəlkə də, aşağı saldı.
- Oyundan əvvəlki söhbətimizdə Şahin Diniyev qeyd etmişdi ki, “Səbail” yaxşı formada olarkən çempionatda fasilə yaranmasından bir qədər narahatdı. Lakin “Kəpəz”lə oyun göstərdi ki, çempionatdakı fasilə komandanın ziyanına işləməyib...
- Yox, fasilədə komandaya mənfi təsir etmədi. Biz futbolçular da çempionatda uzun fasilənin olmasını istəmirik. Tonusda olan vaxtı fasilənin yaranması bizim özümüzə də sərf etmir. Amma fasilədən maksimum yararlandıq. Şahin müəllimin kifayət qədər təcrübəsi var, fasilədən necə yararlanmaq lazım olduğunu bilir. Tonusdan düşmədik.
- Çempionata yaxşı başlamasaz da, hazırda ikinci pillədəsiz. 3 turdan sonra baş məşqçi nəyi dəyişdi ki, “Səbail” uğurlu seriya əldə etdi?
- Əslində, uduzduğumuz matçlarda da pis oynamırdıq, sadəcə bəxtimiz gətirmirdi. Belə deyək də, yaxşı oynayıb uduzmuşuq. Həmin matçlar gələcəyə ümid idi ki, tezliklə nəticə də qazanacağıq. “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlsək də, bu, bizim maksimumuz deyil. Daha yaxşısını bacararıq. İndi artıq növbəti oyunları düşünməliyik. Gəncədəki qələbə bizim üçün burada bitdi.
- Növbəti turda “Araz-Naxçıvan”la görüşdə “Səbail”dən ardıcıl dördüncü qələbəni gözləmək olar?
- Hər şey öz əlimizdə olmasa da, şanslardan maksimum yararlanmaq lazımdır. Çalışacağıq ki, qələbə seriyasını davam etdirək.
- Ümumiyyətlə, qarşınıza konkret olaraq hansı hədəf qoyulub?
- Hədəfsiz futbolçu futbolçu deyil. Kollektivdə inanmıram elə oyunçu olsun ki, desin hansısa hədəf uğrunda oynamıram. Gücümüz hara çatırsa, o mövqe uğrunda sona qədər mübarizə aparacağıq. Amma qarşımızda konkret məqsəd yoxdur.
- Hər halda bu mövsüm “Səbail”in məqsədi keçənilki kimi Premyer Liqada qalmaq deyil...
- Xeyr. Açığı, biz keçən il də liqada qalmaq məqsədi ilə oynamırdıq. Onda da yaxşı yerlər uğrunda mübarizə aparmağa çalışırdıq. Sadəcə bəzən alınırdı, bəzən yox. Şükür Allaha bu mövsüm yaxşı nəticələr var, bunu qorumaq lazımdır.
- Keçən il Zaur Ramazanov da “Səbail”də idi. Ağabala bu gün qardaşının komandada yoxluğunu hiss edir?
- Yoxluq deyəndə ki, Zaur mənim qardaşımdır. Onsuz da, oyundan qabaq, oyundan sonra hər dəfə zəngləşirik. Oyunlarımızı müzakirə edirik. Daim əlaqədəyik.
İbrahim CƏFƏROV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
20:20
"Zirə"dən vacib qələbə VİDEO
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi