5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Nigeriyalı hücumçu Azərbaycanda oynamaqdan imtina edib

Nigeriyalı futbolçu Kristian İrobiso Azərbaycan klubuna keçməkdən imtina edib.
 
Futbolxeber.az-ın Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, Rumıniyanın “Petrolul” klubunun hücumçusu adı açıqlanmayan Premyer Liqa təmsilçisi ilə danışıq aparıb.
 
Hətta klubların anlaşmağa çox yaxın olduqları da bildirilib. Lakin transfer son anda baş tutmayıb. 30 yaşlı forvardın karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir. Çünki həmin ölkənin II Liqa təmsilçilərindən biri “Petrolul”un 170 min avroluq tələbini qarşılığında hazırdır. İrobiso sentyabrın 1-dək yeni klubu ilə anlaşmasa, “Petrolul”da qalacaq.
 
Qeyd edək ki, Kristian İrobisonun Rumıniya klubu ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31