Ölkə futbolu
Qurbanov xal itkisini şərh etdi
"Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Oyunumuz istədiyimiz kimi alınmadı. Son vaxtlar sıx qrafikdə oynayırıq. Oyunçulara deyəsi bir şey yoxdur. Səhvlərimiz oldu. Bəzən düşünmədiyimiz, istəmədiyimiz nəticələr olur. Qarşıda bizi vacib oyun gözləyir. Hər şeyi qaydasına salmalıyıq ki, “Olimpiya” ilə cavab matçında istədiyimiz nəticəni qazanaq"
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunun "Kəpəz"lə (1:1) oyunundan sonra mətbuat konfransında deyib.
O, "Yurqorden"də çıxış edən oğlu Musa Qurbanlının İsveç çempionatının 21-ci turunda "Deqefors"la matçda iki qol vurub, bir qol ötürməsi verməsi ilə bağlı söyləyib: "Xəbərim var idi ki, bu gün oyunu var. Etdikləri sevindirici haldır, buna ancaq sevinirəm. Düzü, oyuna baxmamışam. Çalışacam ki, sabah izləyim. Təkcə oğlumdur deyə yox, azərbaycanlı kimi uğur əldə edəcəksə, buna çox sevinəcəm".
Təcrübəli mütəxəssis UEFA reytinqində Azərbaycana daha çox xal gətirən komandanın "Qarabağ" olması ilə əlaqədar fikrə belə münasibət bildirib: "İnanıram ki, ölkə adına qazanacağımız xalların sayı çoxalar. “Sabah” klubu bu mövsüm az xal qazanmadı. Oyunlarımız çox oldu, qələbələrimiz oldu və xallar qazana bildik. Qarşıdakı illərdə daha yaxşı nəticə əldə edə bilərik. Klublarımızın sayı çoxalır və onlar inkişaf edirlər".
Qurbanov Luka Quqeşaşvilinin komandadan ayrılacağı, Kadi Borgesin icarə əsasında geri qayıdacağı xəbərlərini də şərh edib: "Məndə belə məlumat yoxdur. Kadi ilə danışığımız olmayıb. Qapıçı məsələsi ilə bağlı da bir şey yoxdur".
Baş məşqçi "Zirə"nin hazırda 4 ardıcıl qələbə ilə lider olması haqda da danışıb: "Zirə"nin lider olmasına sürpriz deməzdim. Buna sevinirəm. Çünki orada tanıdığım insanlar, məşqçilər var. Onların nə qədər əziyyət çəkdiyini görürəm, bilirəm. Rəşad Sadıqov da birincilərdəndir. "Zirə" rəhbərliyi və Rəşad Sadıqov futbolumuza, idmanımıza daha çox fayda vermək haqda düşünürlər. Bəzən çox şeyə sürpriz kimi baxmıram. Çünki bütün ölkələrdə, çempionatlarda komandalar ancaq inkişafa doğru gedir. Hamı oturur, düşünür, hazırlaşır. İstənilən oyunda istənilən nəticə ola bilər. Sevinirəm, "Zirə"yə və Rəşad Sadıqova uğurlar arzulayıram. Çempionat yeni başlayıb. Görünən odur ki, qarşıda maraqlı nəticələr çox olacaq".
O, komandasının ölkə çempionatında 4 oyuna 7 xal toplaması ilə əlaqədar deyib: "Bu, normaldır. Əvvəl daha yaxşı nəticələrimiz ola bilər. Amma situasiyanı nəzərə almalıyıq. Futbolçular üzərinə böyük yük düşür. İki gün səfərdə, iki gün burda... Adaptasiya ilə bağlı problemlər olur. Məşq prosesləri pozulur, istər-istəməz hazırlıqda disbalans olur. Bəzən belə xal itkilərinə sevinirəm. Futbolçular bundan sonra daha ciddi hazırlaşmalı olur".
Qurbanov qapıçı Andrey Lunyevin Ağdam təmsilçisində debüt oyunu haqda bunları söyləyib: "Bizdə qiymət yoxdur. Çıxışı normal idi. İlk oyununa çıxdı. Düşünürəm ki, daha yaxşı olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:00
“Sumqayıt” “Kəpəz”ə, “Neftçi” “Qarabağ”a qarşı
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
-
12:04
Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb
-
11:39
Millimizin baş məşqçisi məğlubiyyəti şərh etdi
-
11:16
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar
-
10:51
I Liqanı tərk edəcək komanda müəyyənləşib
-
10:28
Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
-
10:03
"Roma" "Bayer"lə bacarmadı VİDEO
-
09:47
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
09:30
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
22:21
"Şamaxı" "Zaqatala"ya qalib gəldi VİDEO
-
21:56
Millimiz Belarusa məğlub oldu
-
21:39
“Neftçi” mübarizəni dayandırdı
-
19:44
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
-
19:43
"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar
-
19:12
"Qaradağ Lökbatan" 3 xalı 3 qolla qazandı VİDEO
-
18:27
“Qaradağ-Lökbatan” və “Şamaxı”dan qələbə
-
18:06
"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb
-
17:45
Mohammed Kadiri: “Nəinki "Zirə, istənilən rəqibə qalib gələ bilərik”
-
16:38
İspaniyalı baş məşqçi: "Prezident Kuboku”nda iştirak hər bir idmançı üçün yaxşı təcrübə olacaq"
-
16:13
Yüksək Liqada mövsüm başa çatdı
-
15:00
İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib
-
14:49
"Prezident Kuboku": Azərbaycan avarçəkəni qızıl medal qazandı
-
14:22
"Neftçi" “Qarabağ”la matçın hazırlığını davam etdirir FOTOLENT
-
14:15
Millimizin sabiq üzvü “Əl-İttihad”da