5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Azər Məmmədov: "Gözlənilən o idi ki, “Qarabağ” qalib gələcək"

"İlk növbədə Şəhriyar Rəhimovun vəfatı ilə bağlı üzüldüyümüzü bildirir, mərhumun ailəsinə başsağlığı bildiririk. Ölkəmizi Avropada layiqincə təmsil etdiyinə görə "Qarabağ"a minnətdarlıq edib, uğurlar arzulayıram"

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in  baş məşqçisi Azər Məmmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ"la 1:1 hesablı oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin Azərbaycan çempionatının ən güclü komandası olduğunu vurğulayıb: "Bu görüşün favoriti də onlar idi. Gözlənilən o idi ki, rəqib qalib gələcək. Amma dünyada futbol bərabərləşmək üzrədir. Futbolçuların möhtəşəm oyununa görə təşəkkür düşür. Onların oyununu qeyd etməliyəm".

Mütəxəssis futbolçuların oyun nizam-intizamından kənara çıxmadığını söyləyib: "Nə tapşırıq vermişdiksə, onu da etdilər. Bəzən çatışmazlıq olurdu. Açığı, oyunu əks-hücumlar üzərində qurmuşduq. İmkanlarımız da olurdu. Nəsə etməyə çalışırdıq və belə həmlələrin birində qol vurduq. Gəncədən gələn möhtəşəm azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymadılar, layiqincə dəstəklədilər".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31