5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Mutu: “Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq”

"Neftçi"nin baş məşqçisi Adrian Mutu Azərbaycan Premyer Liqasının 4-cü turuda "Qəbələ"yə qalib gəldikləri matçdan (2:0) sonra mətbuat konfransı təşkil edib.

Futbolxeber.az saytının məlumatına görə, rumın mütəxəssis əvvəlcə komandasının oyunu haqda ümumi fikirlərini bölüşüb: "Çətin oyun oldu, amma üç xalı qazandıq. Azlıqda qalsaq da, rəqibdən daha yaxşı mübarizə apardıq. Çox qol epizodu yaratmağı bacardıq".

O, sol cinah müdafiəçisi transfer etmək niyyətində olmadıqlarını deyib: "Düşünmürəm ki, Kenni Sayefin bu gün oyununda problemlər oldu. Özünü yaxşı tərəfdən göstərdi. Həmin mövqedə Azər Əliyev də var. O mövqeyə oyunçu düşünmürük".

A.Mutu daha əvvəl sağ cinah vingeri və hücumçu transfer etmək istədiklərini bildirmişdi. O, bu məsələ ilə əlaqədar danışıqların getdiyini deyib: "Danışıqlar yekunlaşmaq üzrədir. Bir neçə günə transferlər yekunlaşacaq".

Baş məşqçi Premyer Liqa matçlarına daha yaxşı köklənmək istədiklərini bildirib: "Düşünürəm ki, qarşıya qoyulan məqsədlərə çata bilərik. Artıq avrokuboklardan kənarıq. Daha çox vaxtımız var ki, daxili oyunlara köklənək".

Mutu "Ötən mövsüm Laurentsiu Regekampf da rumıniyalı futbolçu transfer etmirdi. Siz də, həmyerlilərinizə ehtiyac duymursunuz. Bu nə ilə əlaqədardır" sualına belə cavab verib: "Gətirə bilməmişiksə, demək ki, xoşuma gələn olmayıb. Xoşuma gələnlərin də ya qiyməti yüksək olub, ya da müqavilələri var".

O, futbolçusu Rza Cəfərovun oyunu haqqında bunları deyib: "Gənc oyunçular haqda şərh vermək istəmirəm. Bundan qabaqkı matçda yaxşı oynadı. Bu gün etdiyi səhv onun üçün dərs olar, bundan nəticə çıxarar. Rza Azərbaycan üçün gələcəkdə yaxşı, perspektivli qapıçı ola bilər".

Mütəxəssis digər futbolçusu Rəhman Hacıyev barədə də fikirlərini bölüşüb: "Çox yaxşı oyun nümayiş etdirir. Məşqlərdə də özünü yaxşı göstərir. Layiq olduğu üçün start heyətində oynadı. Öz performansı ilə buna layiq olduğunu göstərir. Ümid edirəm ki, bundan sonra daha da yaxşı oyun göstərəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31