5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Elmar Baxşıyev: "Belə davam etsək, uçuruma yuvarlanacağıq”

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda "Neftçi"yə uduzduqları (0:2) matç haqqında fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında yaxşı çıxış etmədiklərini etiraf edib:

“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Neftçi” yenilənib və heyətində yaxşı keyfiyyətlərə malik futbolçular olan kollektivdir. Oyuna nəzarəti üzərimizə götürmək istəyirdik. Komanda birinci hissədə istədiyimizi meydanda verməyə çalışırdı. Ani konsentrasiya itməsi ilə qollar buraxırıq. Belə davam etsək, uçuruma yuvarlanacağıq. Komanda şəklində toparlanmalıyıq. Bu barədə komanda ilə daha ətraflı danışacağıq. Futbolçular bəzi epizodlarda futbol bacarığını göstərirlər, amma matçı nəticəyə çıxara bilmirlər. Əvvəlki heyət üç ilin komandası idi. Futbolçular bir-birinə uyğunlaşmışdı. İndiki heyəti də inanıb dəvət etmişik. Fərdi deyil, komanda şəklində daha da yaxşı olmalıyıq. Bəzi mövqelərdə güclənmək vacibdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31