Ölkə futbolu
“Turan Tovuz” üçün uğursuz gün - TƏƏSSÜRAT
TOVUZDA MÖVSÜMÜN REKORDU
İlk 3 turu səfərdə keçirən “Turan Tovuz”un cari mövsümdə doğma publika önündə debütu “Səbail”lə oyuna təsadüf etdi. Həm komandanın ötən mövsümlə müqayisədə daha da güclənməsi, həm də böyük futbol həsrəti Tovuz şəhər stadionunda anşlaq yaşanmasına gətirib çıxarmışdı. Təsadüfi deyil ki, matçın protokolunda görüşü 4300 azarkeşin izlədiyi qeyd olunub ki, bu da mövsümün rekordudu.
Klublarımızın avrokubok oyunlarına toplaşanlardan fərqli olaraq, dünən Tovuz şəhər stadionundakı futbolsevərlərin əksəriyyəti tamaşaçı yox, azarkeş idilər. Bunu 90 dəqiqə ərzində “Turan Tovuz”a verilən dəstəkdən də hiss etmək mümkün idi. Xüsusən də yerli publikanın baş məşqçi Ayxan Abbasova simpatiyası hiss olunurdu.
90-cı dəqiqədə “Səbail” üçüncü qolu vurub matçın taleyini həll etdikdən sonra fanatların bir hissəsi artıq stadionu tərk etsə də, böyük hissəsi hakimin final fitindən sonra belə “Turan Tovuz”u dəstəkləyirdi. Çünki onlar da anlayırlar ki, Ayxan Abbasovun komandasına vaxt lazımdı. Ötən mövsümlə müqayisədə hər nə qədər güclənsə də... Futbolda 1 həftəyə, 3 aya uğur qazanmaq mümkün deyil. Təsadüfi deyil ki, istər baş məşqçi də, istər klub rəhbərliyi də hər açıqlamasında haqlı olaraq cari mövsüm avrokuboklar barədə düşünmədiklərini bildirirlər. Bu gün “Turan Tovuz” oyununa görə olmasa da, heyətinə, şəraitinə görə çempionatın əsas iddialılarından geri qalır. Bu, faktdı.
TƏMİR İŞLƏRİ DİQQƏT ÇƏKSƏ DƏ...
Ötən mövsüm yekunlaşdıqdan sonra Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri arena ərazisinə daxil olduqdan dərhal sonra diqqəti çəkir. Projektor dirəkləri hazırdı, yalnız öz lampalarını gözləyir. Eləcə də skay-bokslar təmir olunub. Bütün bunlar müsbət məqamlardı. Lakin təəssüf ki, mənfi hallar da mövcuddu.
Tovuzda futbol adına xeyli müsbət iş görülsə də, dünənki oyunun çatışmazlıqları yetəri qədər idi. Ondan başlayaq ki, matça yollandığımız avtomobilin stadion ərazisinə daxil olmaq üçün Peşəkar Futbol Liqası tərəfindən verilmiş “Buraxılış vəsiqəsi” olsa da, arenanın yaxınlığında 10 dəqiqə gözləməli olduq. Yol bağlanmışdı və yalnız uzun müzakirələrdən sonra qarşımızda “yaşıl işıq yandı”. Sonradan öyrəndik ki, bu cür problemlə üzləşən təkcə biz olmamışıq. “Səbail”in icraçı direktoru Firuz Abdulla da Tovuz şəhər stadionunun qarşısında yaradılmış “post”da yubadılıb.
PFL-İN DİQQƏTİNƏ: BELƏ MEDİA SEKTOR OLMUR!
Ən böyük çatışmazlıq isə media sektorla bağlıdı. Bir neçə gün əvvəl Tovuz stadionunda VİP sektorun fəaliyyətinin bərpa olunması haqda xəbər yayılanda artıq media üçün “həyəcan siqnalı” çalınmışdı. Çünki “Turan Tovuz”un feysbuk səhifəsində paylaşılan fotolardan görünürdü ki, VİP sektor medianın işinə ciddi əngəl törədəcək. Dünən gördüklərimiz də narahatlığımızın əbəs olmadığını sübuta yetirdi. VİP sektor Media sektorun düz arxasında yerləşir. Jurnalistlər bu problemlə Gəncə şəhər stadionunda da üzləşir. Biz Gəncədən hazırladığımız reportajlarda “bəlkə xeyri oldu” düşüncəsi ilə hər dəfə bu problemi qaldırırıq. İndi isə məlum olur ki, Gəncə azmış kimi, artıq Tovuzda da media üçün “belə şərait yaradılıb”.
Birincisi, oturduğumuz yerdən sağımızda yerləşən qapının qarşısında yaşananları görmək olmur. Çünki mühafizəçilər ayaqüstə matça tamaşa etdiklərindən biz yalnız qapının 25-30 metrliyinə kimi yaşananları görürük. Sağ tərəfimdə əyləşmiş “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov xüsusən ikinci hissədə komandasının qapısı önündə yaşanan təhlükəli epizodları görmək üçün xeyli əziyyət çəkməli olurdu.
İkincisi, oturacaqlar çox sıx olduğu üçün arxamda əyləşən qardaş “Turan Tovuz”un hər hücumu zamanı kürəyimə dizi ilə yüngülvari zərbə endirirdi. Onu da qınamıram, məsafə çox dar olduğu üçün hər hərəkətdə Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədovun məşhur ifadəsi ilə desək, “diz kürəyi tapırdı”.
Üçüncüsü, arxamızda əyləşən azarkeşlərin çırtladıqları tumun qabıqları tez-tez qarşımızda peyda olurdu. Bütün bunları nəzərə alaraq burdan həmkarlarıma səslənirəm: gələn dəfə Tovuz stadionuna gedəndə belinizi qorumaq üçün bir şey fikirləşin. Başınıza tum qabıqları yağmasını istəmirsinizsə, çətir və ya başqa bir qoruyucu vasitədən faydalanmaq heç də pis olmaz. Sözüm təkcə həmkarlara yox, həm də çempionatı təşkil edən Peşəkar Futbol Liqasınadı: bəylər, dünyanın hansı ölkəsində media sektorda jurnalistin kürəyi azarkeşin dizi ilə “təmasda olur”? Məncə, heç Afrikanın inkişaf etməmiş ölkələrində belə oyunu işıqlandırmağa gələn jurnalistin başına tum qabıqları səpmirlər. Belə şəraitdə işləmək olmaz. Necə ki, həmkarım Həbib Aslanov yazdıqlarını azarkeşlərdən “gizlətmək üçün” notbukuna xeyli əziyyət verməli oldu.
Tovuz şəhər stadionunda VİP sektor neçə azarkeş tutur? 50, qoy olsun 100. Bu da edəcək 250, uzağı 500 manat. Həqiqətənmi o pula görə mediaya bu cür hörmətsizlik etməyə dəyər?
“Hunar Group” Tovuzda futbol adına böyük işlər görür. Həqiqətən də Ehtiram Quliyevin Tovuz futbolu üçün etdikləri alqışlanasıdı. Amma gəl ki, bu cür kənardan xırda görünən bir məsələ görülən işlərə, xərclənən milyonlara xələl gətirir.
Ümid edək ki, növbəti ev oyununa qədər bütün bu çatışmazlıqlar aradan qalxacaq. Tovuz şəhər stadionu hər bir jurnalistin sevərək getdiyi arenadı. Çünki stadionda hər zaman dünən olduğu kimi futbol bayramı yaşanır. Futbol adına gözəl işlərin görüldüyü arenadan növbəti reportajımızın daha xoş notlarla zəngin olacağı ümidi ilə...
İbrahim CƏFƏROV, Bakı-Tovuz-Bakı
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
-
12:00
“Zirə” Tovuz səfərində, “Araz-Naxçıvan”ın növbəti ev sınağı
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək