5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Abbas İbrahim: "Arxayınlaşmağa vaxtımız yoxdur"

"Çox stresli və gərgin bir oyun oldu. Bu da gözlənilən idi. Biz bütün həftə boyu "Sabah"ın necə yaxşı bir komanda olduğu ilə bağlı təhlillər aparmışdıq. Düşünürəm ki, bu oyundan sonra istirahətə vaxt ayırmaq lazım deyil. Növbəti matç barədə düşünməliyik".

Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Zirə"nin yarımmüdafiəçisi Abbas İbrahim deyib.

Nigeriyalı yarımmüdafiəçi ardıcıl 4 qələbəyə baxmayaraq, arxayınlaşmamalı olduqlarını bildirib: "Düşünürəm ki, bu mövsümdən etibarən komanda yoldaşlarımla birlikdə mentalitetimizi daha da dəyişmişik. Çempionluq yarışına qatıla bilərik. Arxayınlaşmağa vaxtımız yoxdur". 

O, növbəti turda "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan da söz açıb: "Əgər rəqibin Konfrans Liqasındakı oyunlarını nəzərə alsaq, asan oyun olduğunu deyə bilmərik. Deyə bilmərik ki, hər hansısa bir oyun bizim üçün asan olacaq. Biz oyundan oyuna daha da inkişaf edirik. Hər bir rəqibə qarşı daha yaxşı hazırlaşmalıyıq. "Qəbələ"yə qarşı xüsusilə yaxşı hazırlaşmalıyıq".

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31