5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Sabah"ın məşqçisi məğlubiyyəti şərh etdi

"Zirəyə qələbə üçün gəlmişdik. Amma oyuna pis başladıq. Bunun da nəticəsini ödədik. İkinci hissədə yetərincə inamlı və yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf biz idik".

Futbolxeber.az saytının məlumatına görə bunu Premyer Liqanın IV turunda "Zirə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra "Sabah"ın məşqçisi Artur Olenin deyib.

O, "Partizan"la oyundan sonra komandada ruh düşkünlüyü yaratması fikri ilə razılaşmayıb: "Mən belə düşünmürəm. "Neftçi" məgər pis komandaydı ki ruh düşkünlüyü olsun? Gəlin, "Neftçi" və "Partizan" oyunu haqda yox, "Zirə" görüşü barədə danışaq".

Rusiyalı məşqçi qələbə qazana bilməmələrinin səbəbini belə izah edib: "Oyuna çox da yaxşı konsentrasiya ilə çıxmamışdıq. Qol fürsətlərimiz çox oldu. Məğlubiyyətdən qaçmaq və hesabda önə keçmək üçün də yetərincə vaxtımız var idi. Əsasən də sonuncu fazada, son nöqtəni qoya bilmədik".

Olenin Ayaz Quliyev barədə danışmaq istəməyib: "Gələn oyunda Murad Musayev olacaq. Özünüz ondan Araz barədə soruşarsız".

"Sabah"ın məşqçisi start heyətini birlikdə müəyyənləşdirdiklərini vurğulayıb: "Təbii ki, baş məşqçi və məşqçilər korpusu müəyyənləşdirmişdi. Tellur "Neftçi" ilə görüşdə özünü yaxşı tərəfdən göstərmişdi. Bu oyun üçün hazırlıqda da məşqlərdə yaxşı idi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31