Ölkə futbolu
Ehtiram Quliyev: "Obşijitel"ə hansı ulduz futbolçunu gətirə bilərəm?" (MÜSAHİBƏ)
"Oyunu təhlil etmək mənə düşməz. Baş məşqçi bu barədə öz sözlərini deyib".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev "Səbail"lə oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.
O, hazırda Tovuz klubunun hədəflərinin böyük olmadığını bildirib: "İdarə heyətinin sədri olaraq onu demək istəyirəm ki, əskiklərimiz həddindən artıq çoxdur. Baxmayaraq ki, ötən ilin ikinci dövrəsindən başlayaraq sponsorumuz oldu. Bugünkü məğlubiyyətə baxmayaraq, tərəfdarlarımız üzülməsin. Bir açıqlama verəcəm, bilirəm, azarkeşlər həmişə qələbə istəyir, hədəfləri böyükdür. Bizim hazırkı hədəfimiz Premyer Liqada qalmaqdır. Komanda olaraq digər hədəflərə hazır deyilik. Oyunçularımızın performansını ölçən Katapult sistemini biz yeni almışıq. Analitik məşqçimiz yoxdur, fiziki hazırlıq üzrə məşqçimiz yeni gəlib. İşıq məsələsindən xəbərdarsınız".
Klub rəhbəri süni ot örtüyündə oynamağın çətinliyini qeyd edib: "Süni ot örtüyündə oynamaq çox çətindir. Keçənilki nəticələrimizi məndən yaxşı təhlil etmisiniz. Ev oyunlarındakı nəticələrə görə turnir cədvəlində sonuncu yerlərdəyik. Səfər xallarımız daha yüksəkdə idi. Buna əsas səbəb süni ot örtüyüdür. Bu səbəbdən yaxşı oyunçular cəlb etmək olmur. Azarkeşlərimiz bizdən transferlər istəyir. Heyətimizdəki oyunçular keyfiyyətlidir".
Süni ot örtüyünün dəyilməsinin mümkünlüyü haqda sualı E.Quliyev belə cavablandırıb: "Bununla bağlı həm sponsorlarla, həm AFFA ilə danışıqlar gedir. Köməklik göstərməklə bağlı müraciətimiz var. 50 faizini sponsor, 50 faizini AFFA kömək edə bilər. Bu, çox vacib amildir. Bizim sizinlə görüşümüz oyunun nəticəsinə görə deyil. Bu əvvəlcədən planlaşdırılmışdı. Bəhanələr axtarmağı sevmirik. Amma hadisələrə real baxmaq lazımdır. Akademiya binamız yetərsizdir. Ərzaq məhsullarını yığmaq üçün anbar mövcud deyil. Bunların hamısı maliyyə itkilərinə səbəb olur. Gündəlik ərzaq almaq məcburiyyətindəyik. Ona görə fizioterapiya alətlərindən əskiklərimiz var. Hədəf üçün bu il komandanı iki illik transferlər əsasında qurmuşuq. Gələn il hədəf haqqında müzakirələr aparmaq olar. Mən də bir azarkeş olaraq ən yaxşısını istəyərəm. Amma klub, baş məşqçi qarşısında xüsusi bir məqsəd qoymamışıq. 5 nəfər gənc ali təhsilini yeni başa vurmuş, xarici dil bilən işə cəlb edəcəyik. Xarici dil səviyyəmiz çox aşağıdır. Qonaqlar gələndə çətinlik çəkirik. Günün birində həmin gənclər bu gün komandada aparıcı yer tutan şəxsləri əvəz edəcək. Biz təkcə bu gün haqqında düşünmürük. 10 il sonranı hesablayırıq. Bizim hədəf və planlarımız on illikdir".
Ehtiram Quliyev "Turan Tovuz"un strateji hədəfləri barədə bunları söyləyib: "Öz oyunçularını yetişdirə bilən, bölgənin gənclərinin hesabına daim liderliyə oynayan, avrokuboklarda öz sözünü deyən bir klubun yaradılması əsas strateji hədəfdir. Məsələnin həlli çox sadədir. Azərbaycan futbolunun ən böyük problemi süni ot örtüyüdür. Köklü dəyişiklik lazımdır. Təbii ot örtüyünə keçirilməlidir. İstedadlı oyunçularımız var. Burada yetişirlər, amma süni ot örtüyünə görə bir yerə qədər oynayırlar, sonra zədələnirlər. Dünya bu təcrübəni keçib, Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur, Xristofor Kolumb oranı bir dəfə kəşf edib. On ildən sonra biz və bizdən sonra gələcək rəhbərliyə klubu bu problemləri həll edib təhvil vermək istəyirik".
O, qazonla bağlı artıq AFFA-ya müraciət olunduğunu vurğulayıb: "AFFA-ya müraciət etmişik, danışıqlar gedir. Uyğun görülsə, bunun üçün böyük vəsaitlər tələb olunur. Köklü dəyişikliklər aparırıq. Çəkiliş meydançası, işıq dirəklərini hamısını daxili vəsait, sponsor hesabına həll edirik. Yeni akademiyanı inşa edirik. Bu da dövlətə hədiyyə olunacaq. Akademiya sponsor hesabına inşa olunur. Eyni zamanda transferlər, bunlar hamısı maliyyə tələb edir. Buna görə də bunların 50 faizinə dəstək olmaq müraciət etmişik".
Quliyev klubların şirkət kimi formalaşmalı olduğunu deyib: "Şirkətlərinin gəlməməsi bəzi məsələlərə mane olur, ticari yanaşa bilmirik. Bizim bu bölgəyə və kluba könül bağımız var. Sadəcə bu yanaşmalarla gəlmişik. Bunun başqa yolu yoxdur. İnkişaf üçün şirkətlər gəlməlidir. Fútbol komandaları QHT olaraq yox, futbol şirkətləri kimi formalaşmalıdır. Burada daxili və xarici investorlar iştirak etməlidir. Klubun QHT-si burada mənfəət əldə etmir".
"Turan Tovuz"un İdarə Heyətinin sədri futbola maliyyə ayıran iş adamlarına dövlət tərəfindən güzəştlərin edilməsi ehtimalına da toxunub: "Dövlət əslində çox ciddi islahat aparır. Bayaq vurğuladığım məsələlər üçün ciddi investisiya yatırılıb. Güzəştlər mövzusunda müzakirələr gedir. Bunlar asan məsələlər deyil. Bildiyimə görə, bu haqda çalışmalar gedir. Güzəştlərin limitinin həcminin artırılması, futbol komandalarının şirkət olaraq formalaşmasında islahatlar aparmaq lazımdır. Bu, bizim üçün böyük avantaj olacaq. Güzəşt məsələsində də ədalətli olmaq lazımdır. Bu, bir qədər həssas mövzudur".
E.Quliyev son 6 ayda keçdikləri yolu belə dəyərləndirib: "Klubu təhvil alanda çoxlu çətinliyimiz var idi. O mərhələdən analitik məşqçini tapana qədər çox yol keçmişik. Problemlərimiz çox idi. Akademiyamız olsa da, "obşijitel" kimidir, mən ora hansı ulduz oyunçunu gətirə bilərəm?! Bir otaqda beş nəfər olaraq kim qalar? Bakıda məskunlaşmamışıq. Bölgəmizi sevən bölgə komandasıyıq. Sadəcə istər stadionda aparılan tikinti işləri təlimlərə maneə törədirdi".
Klub rəhbəri stadionun adı ilə bağlı da danışıb: "Biz gələn kimi stadiona öz adımızı vermədik. Kluba gələn sponsora bizim verdiyimiz vəsaitin onda biri qədər vəsait verməyi təklif etdik. Çox cüzi güzəştlərlə bir neçə paket hazırladıq. Bir çox klublar bu yolu seçmirlər. Əsas şirkətlə yanaşı, başqa şirkət pul qoyur, amma əsas şirkət deyir ki, niyə mənimlə yanaşı başqa şirkətin adı hallansın? Biz isə bu ənənənin yaranması üçün çalışırıq, istəyirik. Sizə də təşəkkürümü bildirirəm, bu məsələni sosial mediada qaldırdınız. Biz gözləsək də, müraciət edən heç bir şirkət olmadı. Bizim müraciət etdiyimiz bəzi şirkətlər var, danışıqlar gedir. Sahibkar dostlarımız var. Biz istəyirik sadəcə bu təbii alınsın, könüllülük prinsipi ilə olsun. Onun da marağı olsun bu mövzuda. Kim istəməz ki, şirkətin adı stadiona verilsin? Azərbaycan standartlarının altında bir paket təklif etdik. Beş min manatlıq belə paket var idi. Təklif etsək də, alınmadı. Ümid edirəm ki, zamanla dəyişəcək. Hazırda sponsorumuz var, amma sponsorsuz klublarımız da var. Zamanla onların da sponsorla təmin olunması sağlam rəqabətin olması üçün ən böyük diləyimizdir. Eyni zamanda bunun markaya bir qatqısı var. Şirkətlərlə adımızın hallanması, reklam imkanları və s. Elə görüntü yaranmasın ki, sponsor ancaq özünü düşünür. Qapılarımiz taybatay açıqdı, gözləyirik. Bu mövzu ətrafında çalışmalarimiz gedir. Xüsusən qərb bölgəsindən olan sənətkarların diqqətini, marağını cəlb edəcəyik. Bu işlər bir mənbədən qidalanmaqla olmur"
Quliyev uşaq futbolu üçün yeni meydançalara ehtiyac duyduqlarını qeyd edib: "Ərazi axtarırıq, danışıqlar gedir. Ehtiyat meydançamız yoxdur. Stadionda növbəyə dururuq. Akademiyanın bütün yaş qrupları, ikinci heyət, əvəzedicilər hamısı bir stadionda məşq edir. Məşq vaxtla keçirilir. Axşam işıqlandırma etmək mümkün deyil. Gündüz saatlarında bu istidə mümkün deyil. Bizə uşaq futbolunun inkişafı üçün meydançalar lazımdır. Bunun üçün də yerimiz yoxdur. Heç yoxdan yaxşıdır. Hazırda edəcək bir şey yoxdur. Fəlsəfi olaraq şikayətlənmirik, sadəcə real mənzərəni çatdırırıq. Bunu ölkə futbolu üçün etmək lazımdır".
Klub rəhbəri Tovuz şəhər stadionunda bu ayın sonuna projektorların hazır olacağını vurğulayıb: "Artıq lampaların gəlişini gözləyirik. Düşünürük ki, sentyabrın sonunda işıqlandırma tam hazır olacaq. Tovuz şəhərində axşam saatlarında da oyunlar salıb azarkeşlərimizi sevindirə biləcəyik".
O, hazırda Konfrans Liqasına vəsiqə qazanmağın çətinliyini qabardıb: "Azarkeş hər zaman çempionluğa oynayan komanda görmək istəyir. Mən də azarkeş olsam, bunu istəyərəm. Ona görə azarkeşlərə səslənmək istəmirəm. Mən problemləri izah etdim. Dünənə qədər gözəyarı baxırdıq. İndi Katapult sistemini yeni almışıq. Hansı mövqelərdə səhvimizin olduğuna bu sistem kömək edəcək. Biz gələnə qədər büdcəmizdə bunun üçün vəsait yox idi. Ən ciddi əskikliyimiz yoxdur. Bununla da daha iddialı olmaq, konfrans liqasına getmək olar. Gəlin, real danışaq, çempion necə olaq, konfrans liqasına necə gedək? Təbii ki, pessimist düşünmürük. Hər oyuna döyüşkən çıxırıq. Ötən ildəki xallardan daha çoxunu toplamaq istəyirik. Amma baş plan bu il üçün Premyer liqada qalmaqdır. Kubok da bizim üçün hər zaman önəmlidir. UEFA-da reqlament dəyişikliyindən sonra hər kəs bunu hədəfləyir. Biz də bir titul almaq istəyirik. Bu yolda sonadək mübarizə aparacağıq".
İbrahim CƏFƏROV, Tovuz
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
-
12:00
“Zirə” Tovuz səfərində, “Araz-Naxçıvan”ın növbəti ev sınağı
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"
-
22:33
Mustafazadə daha 3 il “Qarabağ”da
-
22:16
Miodraq Bojoviç: “Azarkeşlərdən üzr istəyirəm”
-
21:59
"Neftçi" qapısında 5 qol gördü VİDEO
-
21:20
“Sumqayıt” üçün son dəqiqə şoku, “Neftçi” darmadağın oldu
-
19:18
"Sumqayıt" qələbəni əldən verdi VİDEO
-
18:57
Adil Şükürov: “Növbəti matçlarda da meydanda öz işimizi görəcəyik”
-
18:44
“Düşünürlər ki, bu imkanlarla necə olur ki, "Sumqayıt" bu yerdədir”
-
17:25
Millimiz Belarusa məğlub oldu
-
17:02
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
16:39
Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
-
16:16
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib
-
15:57
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
-
12:31
Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
-
12:08
“Qəbələ”nin sabiq baş məşqçisi Renat Dadaşovun klubunda
-
11:52
Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb
-
10:45
"Atletik"dən 2 qol, 2 qırmızı vərəqə VİDEO
-
10:29
"Leypsiq" qələbəni əldən verdi VİDEO
-
10:14
Ozan Canın komandası xalsız qaldı
-
10:00
"Beşiktaş" sonda sevindi VİDEO
-
23:31
Azərbaycanın daha bir gimnastı finala yüksəlib
-
22:15
"Araz-Naxçıvan"ın iki futbolçusu məşqləri bərpa etdi
-
21:43
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" ümumi hesabı bərabərləşdirdi
-
21:30
"Prezident Kuboku - 2024" beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib
-
21:22
Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
-
17:59
33-cü turun hakim təyinatları
-
17:07
Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
-
16:41
U-17 və U-19 millilərimizin rəqibləri bəlli oldu
-
15:32
Zöhrə Ağamirova Avropa Kubokunda finala yüksəlib
-
15:26
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:18
Bakıda Avropa çempionatı keçiriləcək
-
15:05
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub
-
14:53
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularından uğursuz çıxış
-
14:11
Fərid Qayıbov: “Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik”
-
13:34
Rəqibi təpiklə vuran futbolçunun cəzası açıqlandı
-
13:26
AFFA öz futbolçularını təhqir edən baş məşqçini cəzalandırdı
-
13:10
“Turan Tovuz”un müdafiəçisi 4 oyunluq cəzalandırıldı
-
12:47
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib
-
12:22
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək