5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Ayxan Abbasov: "Bu gün ən zəif oyunumuzu göstərdik"

"Şəhriyar Rəhimovun ailəsinə səbr diləyirəm, Allah rəhmət eləsin. Azərbaycan futbolu üçün ağır itkidir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IV turunda "Səbail"ə qarşı keçirilən oyundan sonra deyib.

O, komandasının 1:3 hesablı məğlubiyyətini belə şərh edib: "Bilirdik ki, "Səbail" əks-hücumlara bel bağlayır. İlk dəqiqələrdə qol buraxmaq bütün planlarımızı pozdu. Futbolçular tələsməyə başladı. Rəqibin müdafiəsini yara bilmirdik. Bu gün ən zəif oyunumuzu göstərdik. İnanıram ki, bu, təkrarlanmayacaq. Amma mövsümün əvvəlidir. Bizdə də yeni oyunçular var, uyğunlaşmaq üçün vaxt lazımdır. Komandanın potensialı var".

Təcrübəli mütəxəssis Sərtan Taşkının zəif təsir bağışlaması haqda bunları söyləyib: "Sərtan inandığımız futbolçulardandır. O, çətin dövrdən keçir. Bir səhvə görə oyunuçun üstündən xətt çəkmək olmaz. Hər futbolçunun karyerasında eniş olur".

O, matça bir hücumçu ilə başlamalarının səbəbini belə izah edib: "Əlbəttə, bu, rəqibə görə idi. Erkən qol tələskənlik yaratdı. Hücumlarımız oldu, sadəcə sonluq çatmadı".

"Turan Tovuz"un çalışdırıcısı qalib heyəti dəyişməz fikri ilə razılaşmayıb: "Məndə heç vaxt bu fikir olmayıb. Həftəlik tsikl var və ona əsasən heyəti qururam".

İbrahim CƏFƏROV, Tovuz




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31