5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Qarabağ” və Andrade UEFA-nın TOP-5-liyində

UEFA Avropa Liqasının təsnifat mərhələsinin statistik göstəricilərini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, turnirin ən çox qol vuran komandaları arasında “Qarabağ” da yer alıb. 3 oyuna rəqib qapılarına 6 dəfə yol tapan Ağdam təmsilçisi hazırda siyahıda 5-ci yeri tutur. Qurban Qurbanovun komandası bu görüşlərin üçündə də qələbə qazanıb (HİK-lə hər iki matçda 2:1, “Olimpiya” ilə oyunda 2:0).
 
Ən çox qol vuran komandaların siyahısına 10 qolla “Heken” (İsveç) başçılıq edir. “Şerif” (Moldova) 8 qolla 2-ci, “Ludoqorets” (Bolqarıstan) və “Zrinski” (Bosniya və Herseqovina) 7 qolla 3-cü-4-cü yerləri bölüşdürürlər.
 
“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade isə bombardirlər siyahısında yer alıb. 3 oyuna 2 qol vuran braziliyalı eyni göstəriciyə malik “Şerif”in futbolçusu Devid Ankeye ilə birgə 4-5-ci pillədə qərarlaşıb. “Heken”dən Srdjan Kristiç və İbrahim Sadik, “Ayaks”dan (Niderland) Muhammed Kudus hərəyə 3 qolla 1-3-cü yerləri tuturlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31