5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Olimpiya”nın yarımmüdafiəçisi: “Qarabağ” “Ludoqorets”dən daha kompakt komandadır”

“Qarabağ” Çempionlar Liqasının təsnifatında üstələdiyimiz “Ludoqorets”dən daha kompakt komandadır”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Sloveniyanın “Olimpiya” klubunun futbolçusu Svit Seşlar “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
 
21 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionunu cari mövsüm üz-üzə gəldikləri əvvəlki rəqiblərlə müqayisə edib: “Qalatasaray” “Qarabağ”la müqayisədə daha səviyyəlidir. Amma Azərbaycan təmsilçisi də meydanda nə etdiyini bilir”.
 
Gənc oyunçu hələ də mərhələ adlayacaqlarına inamını itirməyib: “Oyun çətin keçdi. “Qarabağ” keyfiyyətli rəqibdir. Matça yaxşı başlasaq da, birinci hissənin sonlarında iki qol buraxdıq. İkinci hissədə ən azı bir qol vurmağa layiq idik. Uduzsaq da, Azərbaycana ümidli getməliyik. Vəziyyəti lehimizə çevirəcəyimizə inanıram”.
 
Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31