5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Olimpiya”nın baş məşqçisi: “Bu səviyyədə səhvlər cəzalandırılır”

“Oyundan əvvəl dedik ki, fərdi və komanda keyfiyyətinə malik kompakt komandaya qarşı oynayacağıq. Bunu matçda da gördük, amma detallar həlledici idi. Böyük şans qazanan ilk biz olduq. Bu səviyyədə səhvlər cəzalandırılır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Sloveniya "Olimpiya"sının baş məşqçisi Joao Enrike Avropa Liqasının pley-offunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Məyusuq, amma vəziyyəti bərabərləşdirəcəyimə özümüzü inandırmışdıq.  Statistikalar bərabər idi idi, yeganə fərq nəticədir. Təcrübə çox yaxşı idi, amma hələ bitməyib”, - deyə o bildirib.

Mütəxəssis görüşün baş hakimi Georgi Kabakovun bəzi qərarlarından narazı qaldığını söyləyib:  “Hakimliklə bağlı bəxtimiz gətirmədi. Ədalətli deyildi, bizə vərəqələr verirdi, qonaqlarla qarşı daha ehtiyatlı davranırdı. Amma bu belədir, Avropada görkəmli komandalar daha çox qorunur. Bu, tamamilə normaldır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31