2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrupunda!

“Qarabağ” tarixində ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edəcək.

Futbolxeber.az saytının məlumatına görə, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə HİK-i Bakıda olduğu kimi yenə də 2:1 hesabı ilə üstələyən Ağdam klubu pley-off mərhələsinə yüksəlib. Bununla da Qurban Qurbanovun komandası ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində iştirakı təmin edib. Belə ki, pley-off mərhələsində Sloveniya “Olimpiya”sı ilə üz-üzə gələcək “Qarabağ” 2 görüşün nəticəsinə əsasən üstün ola bilsə, Avropa Liqasının qrup mərhələsinə, əks halda isə Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək. HİK-i mübarizədən kənarlaşdırmaqla Qurban Qurbanovun komandası minimum Konfrans Liqasının qrup mərhələsini təmin edib.

Xatırladaq ki, 2014/15 mövsümündən başlayaraq ardıcıl 10-cu dəfə qrupda mübarizə aparacaq “Qarabağ”  bir dəfə (2017/18) Çempionlar Liqasının, yeddi dəfə (2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/23) Avropa Liqasının, bir dəfə Konfrans Liqasının (2021/22) qrupunda oynayıb.  

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31