2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

"Ağ-qara" komandanın rəngli əhval-ruhiyyəsi - İstanbul təəssüratları

Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edən iki klubumuzdan biri olan "Neftçi" üçüncü mərhələnin ilk oyununda Bakıda "Beşiktaş"a 1:3 hesabı ilə uduzsa da, növbəti mərhələdən əlini üzməyib. Komandanın oyundan 2 gün əvvəl İstanbula yollanması da matça ciddi yanaşdığının göstəricisidi. Bəlkə də "ağ-qaralar"ı ümidləndirən Bakıdakı matçın ikinci hissəsində sərgilənən futboldu. "Neftçi Arena"dakı oyunun ikinci 45 dəqiqəsi azarkeşlər kimi bizim də, "Neftçi"nin də möcüzəyə olan inamını artırır. Bu gün həmin inamı "Beşiktaş"ın stadionundakı hər bir "Neftçi"linin üzündə görmək olardı - klubun prezidentindən tutmuş sıravi işçiyə kimi...

Prezidentdən söz düşmüşkən klub rəhbəri kimi ölkə xaricində ilk dəfə azərbaycanlı jurnalistlərin önünə keçmiş adı ilə "Vodafone Park", indiki adı ilə "Beşiktaş stadionu"nda çıxan Fərrux Mahmudovun mətbuat nümayəndələrinə qarşı səmimi münasibəti diqqətimizdən yayınmadı. Səfərimizin necə keçməsi ilə maraqlanan klub rəhbərinə biz də öz növbəmizdə sabahkı matçda uğurlar arzuladıq.

"Neftçi"nin baş məşqçisi, ötənlərin ulduz futbolçusu Adrian Mutunun oyunöncəsi mətbuat konfransındakı inamlı açıqlamaları "Neftçi" İstanbulda möcüzə reallaşdıra bilər" fikrinə olan inamımızı bir qədər də artırdı... Rumın mütəxəssisin çıxışını qısaca belə ifadə etmək olar - azarkeşlər öncədən məyusluğa qapılmasınlar, "Neftçi" cavab matçında Azərbaycan futbolu tarixində növbəti ilkə imza atmaq üçün sona kimi döyüşəcək!

Mutu həqiqətən də inamlı görünür. Bəzi suallara hətta gülərək tam səmimi cavab verirdi, komandanın hazırkı durumundan xəbərdar olan mütəxəssis hər zaman ən yaxşısını edəcəyini diqqətə çatdırdı. 

"Neftçi"nin çalışdırıcısı hələ ilk oyundan sonra "İstanbula qələbə üçün yollanacağıq" açıqlaması ilə diqqət çəkmişdi. O, iddialı açıqlamaları ilə "Neftçi"də tarix yazmış mərhum Böyükağa Hacıyevi xatırladır. Hacıyevin bir vaxtlar APOEL, "İnter" kimi klublara qarşı səfər oyunundan öncə dediyi fikirləri "Neftçi"sevərlər bu gün də yaxşı xatırlayırlar. Səmimi deyək, məgər "Neftçi"nin səfərdə APOEL-i devirəcəyinə, "San Siro"da "İnter"lə heç-heçə edəcəyinə kim inanardı?..

...İstanbul bu gün bizi isti qarşıladı, sabahkı o!yunda isə Bakıya ümidsiz və məğlub yollanmamaq üçün komanda şəklində "Neftçi" İstanbulda qan donduran bir hesab yaratmağa və Bakıda komandanı dəstəkləyən azarkeşlərin qəlbinə sevinc hərarəti gətirməyə çalışacaq. Uğurlar, "Neftçi"!

Azad NURİYEV, İstanbul




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31