2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Yuri Matias: “Sabah çalışacağıq ki, “Beşiktaş”a qarşı səhvsiz oynayaq”

“Bilirik ki, sabah bizi çox çətin oyun gözləyir. Amma “Beşiktaş” kimi rəqiblə oynamaq xoşdur”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Neftçi”nin müdafiəçisi Yuri Matias deyib.

Sabah UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Beşiktaş"a qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransına qatılan braziliyalı müdafiəçi bildirib ki, uğur qazanmaq üçün əllərindən gələni edəcəklər:

“Futbolda hər şey mümkündür və sabah əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə qazanaq. Deməzdim ki, ilk oyunda buraxdığımız qollar təkcə müdafiə xəttinin səhvi idi. Ümumi komanda olaraq səhvlərə yol verdik. İkinci hissədə nə qədər qol epizodları yaratdıq. Ən azından bərabərlik əldə edə bilərdik. Əlbəttə, açıq-aşkar göründü ki, buraxdığımız qollar birinci oyunun nəticəsini həll etdi. Bilirik və dərk edirik ki, səhvlərə yol vermişik. Sabah çalışacağıq ki, səhvsiz oynayaq, eyni səhvləri təkrarlamayaq”.

Azad NURİYEV, İstanbul

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31