2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Ölkə futbolu

“Turan Tovuz”un hücumçusu: “Mən Viktor Osihmen deyiləm” (MÜSAHİBƏ)

“Turan Tovuz”un hücumçusu Otto Con Futbolxeber.az saytına müsahibə verib.

- İlk matçda “Araz-Naxçıvan”a 3 qol vursaz da, “Qarabağ”la matçda qapınızda əksi oldu, qapınızda 3 qol gördüz. Bunu nə ilə əlaqələndirmək olar?

- Çox güclü rəqibə qarşı oynadıq. “Qarabağ”la qarşılaşmanın çətin olacağı öncədən də məlum idi. Bacardıqca rəqibi təzyiq altında saxlamağa çalışdıq. Ancaq bu, futboldur, bəzən səhvlər edirsən. Bu səhvlərin cəzasını ağır ödədik.

- “Turan Tovuz”un yeni transferlərindənsiz. İlk iki turdakı çıxışınız sizi qane edir?

- Mən bundan da artığını bacararam. İnkişaf üçün öz üzərimdə çalışıram. Həmişə bacardığından artığını etməlisən.

- "Turan Tovuz"da əsas hədəfiniz nədir?

- Komandanın nailiyyətləri üçün öz töhfəmi verməyə çalışıram. Daha faydalı oyunçu olmaq üçün səylərimi əsirgəmirəm. Məqsədimiz həmişə uğurlu nəticələr əldə etməkdir. Rəqiblərə qol vurmaq bir oyunçu kimi başlıca hədəfimdir.

- "Turan Tovuz" yayda heyətini xeyli gücləndirdi. Mütəxəssislər klubun avrokuboklar uğrunda mübarizə aparmaq gücündə olduğunu bildirirlər. Sizcə, bu, nə dərəcədə realdır?

- Çempionata yeni başlamışıq. Qarşıda bizi uzun bir marafon gözləyir. Gələcəkdə bu barədə dəqiq nəsə demək olar. Addım-addım bunun üçün çalışırıq.

- Sosial şəbəkələrdə sizi "Napoli"nin hücumçusu Viktor Osihmenə bənzədirlər. Azərbaycan çempionatının Osihmeni olmaq üçün iddialısınız?

- Bu, mümkün deyil. Mən Osihmen deyiləm. Mən özüm olaraq performansımla ən yaxşısını etmək üçün cəhd edirəm. Gələcəkdə nə baş verəcəyini birlikdə görəcəyik.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31