2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Ayxan Abbasov: "Qarabağ"la oyunda edilən səhvlər baha başa gəlir”

"Bizi çətin oyunun gözləyəcəyini bilirdik. "Qarabağ" Premyer Liqanın ilk oyununda uduzmuşdu. Son zamanlar "Qarabağ"ın ardıcıl iki oyunda uduzması heç yadıma gəlmir. Bu gün aqressiv olacaqlarını düşünürdük".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Qarabağ"la keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 0:3 hesablı məğlubiyyəti belə şərh edib: "Qarabağ"ın heyətində də gözlədiyimiz dəyişikliklər edilmişdi. Baxmayaraq ki, onları üç gün sonra çətin oyun gözləyir. İlk yarıda temp yüksək idi, epizodlarımız da var idi. Təsəssüf ki, ilk yarıda ucuz səhvə yol verdik. "Qarabağ"la oyunda edilən səhvlər baha başa gəlir. İkinci yarıda hesab bizi irəlidə oynamağa məcbur edirdi. Ancaq top itkisindən sonra rəqibin hücumunun qarşısını ala bilmədik. Fərdi ustalıq öz sözünü dedi. Amma biz hələ işin başlanğıcındayıq, oyunlar vacibdir. Yeni oyunçular adaptasiya olacaq. "Qarabağ"ı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

O, "Turan Tovuz"un bu mövsüm qarşısına qoyduğu hədəflər barədə danışıb: "Premyer Liqada ikinci ilimizdir. Daha yaxşı olmaq, inkişaf etmək istəyirik. Rəqiblərlə başabaş futbol oynamaq niyyətindəyik".

A.Abbasov daha bir transfer etmək istədiklərini bildirib: "Bir futbolçu da istəyirdik. Qarşıdakı günlərdə rəhbərliklə danışacağıq. Axtarışlarımız davam edir. İstədiyimiz olsa, cəlb edə bilərik. Bəzi mövqelər var ki, rəqabətin olmasından yanayıq. Bu, həm müdafiə, həm də orta xətdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31