2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Toral Bayramov: “Bəzən yoxdan qol vurursan, bəzənsə real şansları boşa verirsən”

“Matça ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı analiz etmişdik. Çalışırdıq ki, qələbə qazanaq. Çünki bu gün qələbə bizə çox lazım idi. Oyun çətin keçsə də, şükürlər olsun ki, istəyimizə çatdıq. Qalib gəlməklə azarkeşlərimizi sevindirdik. Çalışacağıq ki, cavab oyununda da bunun ardını gətirək”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın üzvü Toral Bayramov UEFA Avropa Liqasının üçüncü təsnifast mərhələsinin ilk oyununda HİK-i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

O, xeyli qol şanslarını boşa vermələrinə belə münasibət bildirib: “Bəli, bu gün çoxlu epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Bəzən yoxdan da qol vurursan, bəzənsə real şansları boşa verirsən”.

T.Bayramov fərqli cinahda çıxış etməsindən də danışıb: “Cinah fərqli olsa da, özümü rahat hiss edirəm. Məşqçi güvənib, etibar edirsə, harda şans verirsə, ora da oynamağ hazıram. Mövqeyin fərqi yoxdu. Əsas odur ki, komandaya faydalı olmaq üçün əlimdən gələni edirəm”.

“Qarabağ”ın müdafiəçisi rəqibin çıxışına belə qiymət verib: “Rəqibi analiz etmişdik. Bu cür oynacaqlarını bilirdik. Heyətlərində sürətli futbolçular var. Biz də bu gün açıq futbol oynadıq. Bu da rəqibin üçün şanslar yaranmasına səbəb olurdu”.

Azad NURİYEV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31