6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi” yeni sponsorluq müqaviləsi imzaladı

“Neftçi” Peşəkar Futbol Klubu ilə “Maximus” MMC şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.

Futbolxeber.az saytının məlumatına görə, bununla əlaqədar “Neftçi Arena” stadionunun konfrans zalında baş tutan imzalanma məramisində tərəflər 1 illik müqavilə bağlayıblar.

Anlaşmaya “Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov və “Maximus” MMC-nin təsiscisi Elnur Kosayev imza atıblar.

Razılaşmaya əsasən, “Aqua Life” markalı mineral suları ilə “Neftçi”nin su təminatı qarşılanacaq. Əvəzində isə əsas komandanın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Aqua Life”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və sosial media səhifələrində şirkətin də loqosunun yer alacağı reklam xarakterli paylaşımlar ediləcək, həmçinin müqaviləyə uyğun digər marketinq xidmətləri də göstəriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31