6 May 2024, Bazar ertəsi
Millimizin yeni rəqibi açıqlandı
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da

Ölkə futbolu

"Kəpəz"in legioneri: "Bizi də hesabdan silmək olmaz"

"Ötən mövsüm  komandanın heyətində çıxış etmişəm. İndi də kollektivdə yer almışam. Buna görə də xoşbəxtəm. Çempionata hazırlığımız yaxşı keçib. Oyunlar və azarkeşlərimiz üçün darıxmışıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Junior Martins klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, çempionatda güclü komandaların  yer aldığını bildirib: "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialı rəqiblər var. Digərləri də güclüdür. Amma bizi də hesabdan silmək olmaz. İlk oyunda "Neftçi" ilə qarşılaşacağıq. Doğma meydanda azarkeş amili üstünlüyümüzdür".
 
Braziliyalı yarımmüdafiəçi yenidən Gəncədə çıxış edəcəklərini xatırladıb: " Burada oynamaq bizim üçün asan, rəqiblər üçün çətindir. Çünki oyunlarımıza bizi dəstəkləməyə çoxlu sayda azarkeş gəlir. Bu mövsüm də fanatlarımıza güvənərək meydana çıxacağıq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31