6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Millimizin müdafiəçisi Bolqarıstan çempionatında debut etdi

Bolqarıstan çempionatında dördüncü turun oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, millimizin müdafiəçisi Cəlal Hüseynovun formasını getdiyi “Arda” səfərdə “Botev”in qonağı olub.

İşçi vizası ilə bağlı problem həll olunan Cəlal bu matçda Bolqarıstan çempionatında debut edib. Görüşə ehtiyat oyunçular skamyasından başlayan Hüseynov 73-cü dəqiqədə Plamen Kraçunovun əvəzinə meydana çıxıb.

Millimizin müdafiəçisinin ayağı “Arda” üçün düşərli olub. Belə ki, 2:0 hesabı ilə qalib gələn komanda mövsümdə ilk dəfə meydanı 3 xalla tərk edib.

Hazırda 3 oyundan sonra 4 xalı olan Hüseynovun komandası turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Arda” gələn tur öz meydanında “Lokomotiv Sofiya”nı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31