6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

“Neftçi” üçün isveçrəlilər, “Sabah” üçün isə gürcülər

"Neftçi" və "Sabah"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Bakıda keçiriləcək "Neftçi" - "Beşiktaş" matçını İsveçrədən olan hakimlər briqadası idarə edəcək. Lukas Fandrix matçın baş hakimi olacaq. Ona yan xətdə Conas Erni və Guillaume Mayre kömək edəcək. Lionel Tsçudi isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Eyni gündə Bakıda oynanılacaq "Sabah" - "Partizan" görüşünü isə gürcüstanlı Giorgi Kruaşvili idarə edəcək. Yan xətdə ona Levan Varamişvili və Zaza Pipia yardım göstərəcəklər. Matçın 4-cü hakimi Aleko Aptsiauri olacaq.

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Partizan" oyunu saat 20:00-da, "Neftçi" Arena"da oynanılacaq "Neftçi" - "Beşiktaş" matçı isə saat 21:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31