6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

“Mənim proqnozum 3:0 idi”

“Bu qələbəyə görə qürur duyuram. Komanda sona kimi vuruşdu. Hesabda 2:0 öndə olsaq da, futbolçular yenə də qol vurmaq istəyirdilər. Təəssüf ki, alınmadı. Mənim bu oyun üçün proqnozum 3:0 idi. Amma 2:0 da gözəl qələbədi. Bu, yeni məşqçinin, yeni rəhbərliyin ilk qələbəsidi. Əsas odur ki, ardı gəlsin”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin prezidenti Fərrux Mahmudov UEFA Konfrans Liqasının ikinci təsnifat mərhəlsinin cavab oyununda “Jelezniçar” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edərkən deyib.

Klub rəhbəri növbəti turda rəqibləri olacağı gözlənilən “Beşiktaş” barədə də danışıb: “İndidən turu keçib-keçməyəcəyimiz barədə nəsə deyə bilmərəm. Amma komanda əlindən gələni edəcək”.

F.Mahmudov hazırda iki hücumçu ilə danışıqlar apardıqlarını bildirib: “Növbəti mərhələyə qədər hücumçu transferi də olacaq. İnanıram ki, komandamız daha da güclənəcək. Hal-hazırda 2 hücumçu ilə danışıqlar gedir”.  

Komandadan istədiyi performansı gördüyünü bildirən klub prezidenti azarkeşlərin də möhtəşəm olduğunu bildirib: “Bu gün onlar bizim 12-ci oyunçumuz idilər. Sabah azarkeş qruplarımızın rəhbərləri ilə görüşəcəm”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31