6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

İqor Ribeiro “Araz-Naxçıvan”da

Sabah Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq “Araz-Naxçıvan” transfer çalışmalarını da davam etdirir.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan təmsilçisi bu gün daha bir legionerlə müqavilə imzalayıb.

İqor Ribeiro 1 il ərzində “Araz-Naxçıvan”ın formasını geyinəcək. Braziliyalı mərkəz müdafiəçisinin sonuncu klubu Paraqvay “Takuari”si olub. 26 yaşlı futbolçu buna qədər vətənində “Qama”, “Bandeirante” və “Ceilandia” komandalarının heyətində çıxış edib. 

Xatırladaq ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31