6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Araz-Naxçıvan"dan 13-cü transfer

“Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Futbolxeber.az saytına klubun mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan təmsilçisi Elvis Maşike ilə 1 illik müqavilə imzalayıb.

Bu gün Bakıya gələn konqolu yarımmüdafiəçi mərkəz hücumçusu kimi də çıxış edə bilir. O, tibbi müayinədən keçib və komandaya qoşulub.

186 sm boya malik futbolçu hücumda da oynamaq qabiliyyətinə malikdir. Onun sonuncu klubu "Xamrun Spartan” (Malta) olub. Buna qədər isə müxtəlif illərdə Çexiya və Slovakiyanın “Jilina”, “Seniça”, “Slovan”, “Viktoriya”, “Visehrad”, “Zvolen”, “Çeçka”, “Loko Vltavin”, “Sered”, “Banik Ruzina” komandalarında çıxış edib.

Maşike "Araz-Naxçıvan"ın bu yay heyətinə cəlb etdiyi 13-cü oyunçudur. Naxçıvan klubu bundan əvvəl Vanderson Kavalkante Melo, Nuno Miguel Rodriguesi, Semir Bukviç,  Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev,  Abdulla Rzayev, Numan Kurdiç, Zamiq Əliyev, Muhammed Kadiri və  İsmail Azzaouini heyətinə qatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31