5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Elgiz Abbasov: "Yevlax stadionunun qazonu bizi yaxşı mənada təəccübləndirdi”

“İlk növbədə Ağsuda olduq. Rayon rəhbərliyi ilə görüşdük. Eyni zamanda, stadiona baxış keçirdik. Ağsuda bir müddət futbol olmasa da, stadion yaxşı vəziyyətdə saxlanılıb”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov qurumun rəhbəri Elxan Səmədovla birgə Ağsu və Yevlax şəhərlərinə səfərləri barədə danışarkən deyib.

O, Ağsu stadionunun yalnız qazonunda müəyyən çatışmazlıqların olduğunu bildirib: “Soyunub-geyinmə otaqları, çəkiliş platformaları üçün yer, həkim otağı, dopinq kontrol üçün yer - hamısı yaxşı vəziyyətdədi. Eləcə də qonaq komanda üçün skaybokslar mövcuddur. Bir qədər stadionun qazonu bizi narahat edir. Lakin bizə dedilər ki, çempionatın startına qədər qazonun yaxşı vəziyyətə gətirilməsi üçün əllərindən gələni edəcəklər. Ümumilikdə Ağsu stadionu ilə bağlı fikirlərimiz müsbətdi. Təbii ki, hər yerdə müəyyən çatışmazlıqlar var. Biz də qeydlərimizi həm klub, həm də stadion rəhbərliyinin diqqətinə çatdırdıq. İnanırıq ki, yeni mövsümün startına qədər bu çatışmazlıqlar da aradan qaldırılacaq”.

E.Abbasov Yevlax şəhərinə səfərləri haqda da danışıb. O bildirib ki, burada stadionun qazonunun durumu yaxşı mənada təəccüblərinə səbəb olub: “Ağsudan sonra Yevlax şəhərinə səfər etdik. Orada da şəhər rəhbərliyi ilə, eləcə də klub rəhbərliyi ilə görüşümüz oldu. Sevindirici haldır ki, Yevlax şəhər stadionunda da işlər yekunlaşmaq üzrədi. Daha əvvəl bildirilən çatışmazlıqlar demək olar ki, aradan qaldırılıb. Xüsusi ilə stadionun ot örtüyünü qeyd etmək istərdim. Qazonun vəziyyəti bizi yaxşı mənada təəccübləndirdi. Cəlb olunan mütəxəssis və yerli qüvvə sayəsində qazonu yaxşı vəziyyətə gətirməyə nail olublar. Eləcə də stadionun digər lazımi otaqlarının durumu yaxşılaşdırılıb ki, bu da müsbət haldı. Təbii ki, burada da müəyyən çatışmazlıqlar oldu. Həmin çatışmazlıqların aradan qaldırılması üçün avqustun 1-nə qədər vaxt verildi”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31