5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

“O, “Linkoln”la matçda özünü yaxşı tərəfdən göstərməyi bacardı” - AÇIQLAMA

Nəriman Axundzadənin Çempionlar Liqasının oyununda start heyətində yer alması çox müsbət haldı. Qurban Qurbanovun gənclərə mərhələ-mərhələ şans verərək, onları komandaya qazandırmasına adət etmişik”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Çempionlar Liqasının I mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"ın səfərdə "Linkoln"u 2:1 hesabı ilə məğlub etdiyi matçda baş məşqçi Qurban Qurbanov gənc Nəriman Axundzadəyə start heyətində şans verib. Arif Əsədov 61 dəqiqə meydanda olan 19 yaşlı futbolçunun özünü yaxşı tərəfdən göstərdiyini qeyd edib:

“Nərimanın oyunu yaxşı alındı. Özünü yaxşı tərəfdən göstərməyi bacardı. Beynəlxalq təcrübəsinin azlığına baxmayaraq, meydanda inamlı görünürdü, rəqibdən çəkinmirdi. Hətta Axundzadə bəzi epizodlarda oyunu üzərinə də götürürdü. Təbii ki, bu cür matçlarda çıxış etdikcə futbolçunu keyfiyyəti artır. İnanıram ki, tezliklə Nəriman daha çox inkişaf edəcək, həm “Qarabağ”a, həm də ümumilikdə futbolumuza faydası dəyəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31