5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

"Kəpəz"in baş məşqçisi: "Bir neçə transferimiz var ki, onların yolunu gözləyirik"

"Məşqlərimiz plan üzrə gedir. Toplanışa Gəncədə başladıq. Daha sonra "Səbail"lə 30 dəqiqə olmaqla 3 hissədən ibarət yoxlama matçı keçirdik. Komandamız hələ 45 dəqiqə oynamaq gücündə deyil".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"İn baş məşqçisi Azər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, yeni mövsümə hazırlığı dəyərələnidirib: "İki günlük istirahətdən sonra məşqlərə davam edirik. Gündə iki dəfə olmaqla məşq edirik. Ayın 14-ü "Zirə" ilə hazırlıq oyunu keçirəcəyik. Ayın 28-dən Bakıda təlim-məşq toplanışı keçəcəyik. 
 
Bütün futbolçular öz üzərlərində çalışırlar. Əvəzedici heyətdən də oyunçular götürmüşük. Təəssüf ki, ilk günlərdə tam heyətlə məşq edə bilmədik. Bəzi legionerlər viza ilə bağlı komandaya gec qoşuldu. Artıq yavaş-yavaş hamısı bizə qoşulur. Təəssüfləndirici daha bir məqam Abdullahi Şuaybunun ötən mövsümdə aldığı zədənin  hələ də sağalmamasıdır. O, hazırda müalicə alır. Bir neçə yeni transferlər var ki, onların yolunu gözləyirik. Bakıdakı təlim-məşq toplanışında tam heyətlə çalışa biləcəyik".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31