5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

PFL rəsmiləri Ağsu və Yevlaxa səfər ediblər

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Ağsu və Yevlax şəhərlərinə səfər edib.
 
Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, PFL-in texniki-idman direktoru Elgiz Abbasovun da qatıldığı səfərin ilk dayanacağı Ağsu rayonu olub. Burada Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və 1-ci Liqada debütə hazırlaşan “Difai Ağsu” klubunun rəhbərliyi ilə görüş keçirilib. Qarşılıqlı fikir mübadiləsi aparılıb, atılmış və planlaşdırılan addımlar müzakirə edilib. Ardından klub rəhbərliyi ilə birgə stadiona baxış keçirilib. İşlərin gedişindən məmnunluq ifadə edilib və müəyyən qeydlər diqqətə çatdırılıb. 
 
Yevlax şəhərinə səfər zamanı İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, eləcə də 1-ci Liqaya dönüş edən Azərbaycan futbolunun tarixi klublarından olan “Karvan” klubunun rəhbərliyi ilə görüş keçirilib. Görüşün ardından klub rəsmiləri ilə birgə Yevlax Şəhər Stadionuna baxış keçirilib. Stadionun durumu, eləcə də tikilməkdə olan baza haqda məlumat verilib. Görülən işlər qənaətbəxş hesab edilib və PFL rəsmiləri tərəfindən tövsiyələr verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31