5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Elmar Baxşıyevdən qələbə şərhi

Türkiyədə təşkil olunan təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirən “Qəbələ” Moldovanın “Sukleya” klubu ilə görüşüb.
 
Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar”ın 4:2 hesablı qələbəsi ilə başa çatan matçdan sonra baş məşqçi Elmar Baxşıyev qarşılaşma haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: 
 
“Boluda təşkil olunan təlim-məşq toplanışında ilk oyunumuzu keçirdik. Əsas istəyimiz yeni oyunçuları fərqli mövqelərdə sınamaq idi. Komandamızla Türkiyə hazırlığına qatılan gənc futbolçularımıza da oyun praktikası qazanmaq imkanı verməyi düşünürdük. Belə qarşılaşmalarda nəticə böyük önəm daşımır. Əsas odur ki, bu gün istədiklərimizi həyata keçirə bildik. Hazırlıq prosesinin indiki mərhələsində hər şeyin bir az çətin alındığını başa düşürük. Həm yeni oyunçular adaptasiya dövrü keçir, həm də klubumuzun yetirməsi olan gənclər əsas komandaya uyğunlaşır. Futbolçularımız oyundan-oyuna optimal formaya yaxınlaşacaq. Bu da sevindiricidir ki, komanda qarşıdakı görüşlərdə daha hazırlıqlı olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31