5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Araz Naxçıvan”ın baş məşqçisi: “Gecə-gündüz çalışırıq, bəzən evə belə gedə bilmirik”

“Bir neçə gündür hazırlıqlara başlamışıq. Heyətə cəlb etdiyimiz futbolçulardan zədəli olanlar da var idi. Uşaqların meydançada hərəkətliliyini görmək istəyirdim. Komanda verilən tapşırıqların öhdəsindən 50-60 faiz gəldi. Nəzərə almaq lazımdır ki, uşaqlar hələ formada deyillər. İnanıram ki, çempionatın ilk 2-3 turunda müəyyən çətinliklərimiz olacaq. Lakin sonradan hər şey yoluna düşəcək”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov “Turan Tovuz”a qarşı keçirilən yoxlama oyunundan (1:5) sonra deyib.

O, komandasının indiki vəziyyətindən razı olmadığını bildirib: “Hazırlıqdan razı deyiləm. Çünki istədiyim futbolçular sərəncamımda deyil. 1-2 günlük istirahətimiz olacaq. Daha sonra məşqləri bərpa edəcəyik və ümid edirəm ki, heyətimizdə görmək istədiyimiz legionerlər həmin vaxt düşərgədə olacaqlar”.

Naxçıvan təmsilçisinin çalışdırıcısı transferlərdə yubanmaları fikri ilə razılaşıb: “Bəli, transfer məsələlərində gecikirik. Düşünürəm ki, indiki halda başqa variant da yoxdur. İşimizlə çalışacağıq ki, bunların hamısını sığortalayaq”.

O, daha çox hücum xəttinə əcnəbi futbolçu cəlb etmək istədiklərini vurğulayıb: “Bu gün cinah müdafiəçilərimiz var, hansılar ki, Premyer Liqada təcrübəli var. Orta sahə, hücum xəttində legionerlərə daha çox ehtiyacımız var”. A.Bağırov çətinliklərin komandadakı qeyri-müəyyənliklə bağlı olduğunu vurğulayıb: “Ümumilikdə bu günə qədər komandada qeyri-müəyyənlik var idi. Təbii ki, rəhbərlik olmadan hər hansı addım ata bilmirdik. Bu gündən rəsmi olaraq rəhbərliyimiz müəyyənləşdi”.

O, stadion məsələsinə barədəd də danışıb: “Naxçıvan stadionu ilə bağlı suala klub rəhbərliyi daha dəqiq cavab verə bilər. Biz məşqçilər korpusu olaraq komandanı formalaşdırmalıyıq. Əlbəttə ki, Naxçıvanda oynamaq bizim üçün üstünlükdür. Çünki orada futbolu sevirlər”.

Hələlik klub rəhbərliyi ilə görüşə bilmədiyini vurğulayan mütəxəssis çətinliklərin onu qorxutmadığını qeyd edib: “Yəqin ki, 1-2 günə rəhbərliklə görüşəcəyik. Məşqçi kimi çətinliklərə hazır olmalıyıq. Gecə-gündüz yeni transferlər üzərində çalışırıq. Bəzən elə olur ki, evə belə gedə bilmirik. “Araz Naxçıvan”ı bu gün Avropada tanımırlar. Ona görə də əcnəbiləri komandaya cəlb etmək heç də asan deyil”.

Bağırov Türkiyəyə təlim-məşq toplanışına yollana biləcəklərini istisna etməyib: “Əgər tezliklə heyətə 4-5 legioner cəlb etsək, ayın 18-də təlim-məşq toplanışına gedəcəyik. Ərzurumda yerimiz hazırdır. Legionerlərə dəvət göndərmişik, gözləyirik. Qarşıda 1 həftə vaxtımız var”.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31