5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Ayxan Abbasov: “Gələnlər gedənlərdən də dəyərlidi”

“AZARKEŞLƏR ÇƏTİN VAXTLARIMIZDA BELƏ BİZDƏN QƏLƏBƏ TƏLƏB EDİRDİLƏR”

“Yeni legionerlərə bir qədər vaxt lazımdır. Yavaş-yavaş komandaya uyğunlaşacaqlar. Onlara ümidimzi böyükdür”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov “Araz Naxçıvan”a qarşı keçirilən yoxlama oyununda (5:1) yeni transferlərin çıxışını şərh edərkən deyib.

O, yarımmüdafiə xətti üçün axtarışlarının davam etdiyini bildirib: “Axtarışımız davam edir. Yaxın günlərdə həll edəcəyik. Danışdığımız oyunçular var. Lakin razılıq əldə etməmişik”.

O, indidən “Turan Tovuz”un ötən mövsümlə müqayisədə daha güclü təsir bağışlayacağını söyləməyin erkən olduğunu vurğulayıb: “Gəlin tələsməyək. Bəlkə də birinci oyun idi, oyunçular futbol üçün darıxmışdılar. Əslində, komandadan istədiyimiz futbol budur. Lakin bunu saxlamaq çətindir. Bunun öhdəsindən gəlməliyik. Bəzi futbolçuların fərdi keyfiyyətləri oyunumuza rəng qatacaq. Onları seçməkdə də məqsədimiz elə bu idi”.

Ayxan Abbasov komandasının üzvü Fərid Nəbiyevin çıxışına da toxunub: “Fərid Nəbiyev bu gün öz mövqeyində Azərbaycanda ən potensiallı futbolçulardandı. Biz Fəridə böyüm ümid bəsləyirik. İnanıram ki, milli komandaya layiq futbolçudu. Amma üzərində çox çalışmalıdı”.

“Turan Tovuz”un çalışdırıcısı bir müddətdir Panama millisinin düşərgəsində olan Roderik Millerin yoxluğuna belə münasibət bildirib: “İstərdik ki, bizimlə birgə hazırlıq keçsin. Amma millinin düşərgəsindədi, məşq edir, oyunlara çıxır. Əsas odur ki, istiramət etmir. Tezliklə Miller də düşərgəmizə qoşulacaq”.

A.Abbasov bu mövsüm tovuzlu azarkeşlərin komandadan gözləntilərinin daha çox olması haqda sualı belə cavablandırıb: “Təzyiq həmişə var. Keçən il azarkeşlər çətin vaxtlarımızda belə bizdən qələbə tələb edirdilər. Ona görə də komandadan həmişə qələbə istəyəcəklər. Amma biz vəziyyətə real baxırıq. Tələssək, tez yanarıq. Əlbəttə, artırmaq istəyirik. Artırmaq dedikdə söhbət təkcə avrokuboklara vəsiqədən getmir. Klub olaraq böyüməliyik. Əsas məqsədlərimizdən biri azarkeşlərimizi sevindirməkdir”.

O, Runi Evanın gedişi barədə söyləyib: “Bu gün adlar haqda fikirləşmirik. Təbii ki, hər gedən futbolçunun təsiri olacaq. Biz də gedənlərin yerini doldurmağa çalışırıq. Gətirdiyimiz futbolçular Runidən zəfi deyillər. Otto Con, Petkov, yaxud Paçu olsun. Belajinin özünə böyük ümidimiz var. Hər gedən fubolçu bizim üçün dəyərli idi, lakin gələnlər onlardan da dəyərlidi”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31