5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Ölkə futbolu

Patrik Andrade yenidən "Qarabağ"da

Kabo-Verde millisinin yarımmüdafiəçisi Patrik Andrade "Qarabağ"a qayıdıb.
 
Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, 30 yaşlı futbolçunun transferi ilə bağlı məsələ müsbət həllini tapıb. Yaxın vaxtlarda transfer rəsmən ictimaiyyətə elan olunacaq. Hələlik müqavilənin müddəti və maliyyə dəyəri barədə məlumat yoxdur.
 
Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin may ayına qədər "Qarabağ"da çıxış edib. Sonra o, Serbiyanın "Partizan" klubuna keçib. O, 2022/23 mövsümündə bu komadada bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib. Patrik Andradenin "Partizan"dakı durumundan məmnun olmadığı və artıq bu klubdan ayrıldığı bildirilir.
 
Əlavə edək ki, "Qarabağ" bu yay transfer pəncərəsi dönəmində "Zirə"dən ayrılan Hamidu Keyta və Juninyonu (son klubu Portuqaliya "Çaveş"i) da heyətinə qatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31