5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Filip Ozobiç: "Hər şey superdi"

"Srvena Zvezda” bir çox məqamlarda bizdən daha yaxşı görünürdü. Hazırlığın bu mərhələsində onlar "Zenit"dən daha yaxşıdır. Biz də öz növbəmizdə səviyyəmizi yüksəltmək üçün çalışmalıyıq. Bu baxımdan matç çox faydalı oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Filip Ozobiç "Kubok PARI Premyer"də Serbiyanın "Srvena Zvezda" klubuna 0:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Azərbaycan millisinin yarımmüdafiəçisi "Matç TV"yə açıqlamasında Sankt-Peterburqda təşkil edilən turnirin onlar üçün vacib olduğunu bildirib: "Çox yaxşı turnirdir. Komandalar, təşkilatçılıq, otel, məşq etdiyimiz baza - hər şey superdir.  “Srvena Zvezda” ilə bu toplanışda məşq etdiyimiz meydanda oynamışıq. Yəni praktiki olaraq bizim üçün ev matçı kimi idi. Turnir haqqında ancaq yaxşı şeylər deyə bilərəm".

"Neftçi"nin yeni transferi qarşıdan gələn "Fənərbaxça" ilə görüşdən gözləntilərini də bölüşüb: "Nəticə həmişə vacibdir, amma yenə də bunlar yoldaşlıq oyunlarıdır. Çempionatda və Avropa yarışlarında necə görünəcəyimiz daha önəmlidir. Biz ciddi hazırlaşmalıyıq".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31