5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

Getman məğlubiyyəti şərh etdi

“Neftçi”nin məşqçisi İqor Getman Rusiyada keçirilən beynəlxalq turnirdə “Srveza Zvezda”ya ağır məğlubiyyəti (0:4) şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, Serbiya klubu ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, istədiklərini göstərə bilməyiblər:

“Birinci hissəni tamamilə uğursuz keçirdik. Məşqçi tapşırıqları icra olunmadı. Bununla məşğul olacağıq. Yalnız onu bəyəndim ki, ikinci hissədə meydana çıxandan sonra oyunu bir qədər bərabərləşdirdik. Müsbət məqamlar var, amma mənfilər daha çoxdur. Xüsusən birinci hissə ilə bağlı (“Neftçi” birinci hissədə 3 qol buraxıb - red.). Bizim futbolçuların çoxu milli komandalarda idi. Onların hamısından 90 dəqiqə istifadə edə bilmədik. Əlbəttə, nəticədən razı deyilik”.

İqor Getman zədələnərək meydanı tərk edən qapıçı Emil Balayev haqda isə deyib: “MRT-dən sonra onu neçə müddətə sıradan çıxdığı bilinəcək”.

Qeyd edək ki, “Neftçi” turnirdəki ilk oyununda “Zenit”ə (Sankt-Peterburq) 1:3 hesabı ilə uduzub. Hazırda komanda sonuncu yeri tutur. Bakı təmsilçisi turnirdə növbəti - sonuncu oyununu iyulun 15-də "Fənərbaxça"ya (Türkiyə) qarşı keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31