5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Kəpəz” Şuaybunun satışından 100 min dollar qazanmaq istəyib

“Bəli, Abdullahi Şuaybuya maraq var idi. Satışı üçün müəyyən məbləğ müəyyənləşdirmişdik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

O, baş məşqçi Azər Məmmədovun nigeriyalı futbolçunun komandada qalmasını istədiyini bildirib: “İstədiyimiz rəqəmə yaxın məbləğ təklif olundu. Lakin baş məşqçinin də fikri önəmlidir. Azər Məmmədov Şuaybunun komandada qalmasını istədi. Biz də qərara gəldik ki, onu satmayaq”.

İ.Nadiri Abdullahi Şuaybu üçün 100 min dollar tələb etdiklərini vurğulayıb: “Azərbaycan və Türkiyədən təkliflər var idi. Minimum tələbimiz var idi ki, 100 min dollar klubun hesabına keçsin. Bu tələbi tam yerinə yetirən olmadı. 80 min dollar təklif edən oldu”.

FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31