5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

İlqar Nadiri: “Bizim kimi sponsoru olmayan komandalar üçün çox ağırdır”

“Ötən mövsümlə müqayisədə “Kəpəz” demək olar ki, 50-60 faiz yenilənib. Ötənilki heyətdən bir neçə futbolçunu komandada saxladıq. Bununla yanaşı, heyətə yeni oyunçular cəlb edə bildik”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Klub rəhbəri bəzi futbolçuların komandadan gedişinin səbəbini belə izah edib: “Bəzi futbolçuların maddi baxımdan tələbləri var idi ki, onları qarşılaya bilmədik. Mövsümün bitməsinə az qalmış bilirdik ki, onlar klubu tərk edəcəklər. Qış fasiləsindən sonra oyunçularla danışıqlara başlamışdıq. Təəssüf ki, hamısını saxlaya bilmədik”.

O, yerli futbolçuların qiymətinin qalxdığını bildirib: “Bizim kimi sponsoru olmayan komandalar üçün çox ağırdır. Heyəti elə qurmalıyıq ki, balans pozulmasın. Buna görə də bəzi futbolçuları saxlamaqda çətinlik çəkdik”.

İ.Nadiri “Kəpəz”in ölkə xaricinə yollana bilməməsinə münasibət bildirərkən deyib: “Orada da qiymətlər kifayət qədər qalxıb. Klubun sponsoru olmadan xaricə getmək mümkün deyil. Çalışırıq ki, heç olmasa heyəti formalaşdıraq və çempionat üçün lazım olan digər təşkilati işləri yerinə yetirək”.

O, komandanın transferlərindən də söz açıb: “Demək olar ki, yerli futbolçuların transferini bitirmişik. Legionerlərdən biri olan qapıçı artıq bu gün gəlib. Bir yarımmüdafiəçi var, onun da viza işi yekunlaşmaq üzrədir. Bundan sonra üç legionerin transfer olunacağı gözlənilir. Birindən cavab gözləyirik. Tələsmirik, seçimləri düz etmək istəyirik”.

"Kəpəz"in yeni mövsümdəki hədəfi barədə klub rəsmisi bildirib: “Döyüşkən komanda formalaşdırmaq, Premyer Liqada yerimizi qorumaq istəyirik”.

İdarə Heyətinin sədri yeni baş məşqçi Azər Məmmədovun qarşısına qoyulan hədəfləri belə açıqlayıb: “Azər Məmmədov uzun illər "Kəpəz"də futbol oynayıb. Onu auditoriyaya tanıtmağa ehtiyac yoxdur. İlk ilidir. Azər müəllimə və onun məşqçilər korpusuna güvənirik. İnanırıq ki, yaxşı kollektiv formalaşdıracaq”.

FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31