5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Neftçi"nin hücumçusu: "Zenit" barədə fikirlərim təhrif olunub"

"Fikirlərim təhrif olunub".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mateus Saldanya "Zenit"ə keçmək istəməsi barədə Rusiya mətbuatında çıxan müsahibəsi ilə bağlı klubun rəsmi telekenalına açıqlamasında deyib.
 
Braziliyalı hücumçu sözlərinin düzgün anlaşılmadığını bildirib: "Məndən "Zenit" barədə soruşdular, bildirdim ki, bu cür böyük klubda çıxış etmək hər bir futbolçunun arzusu olar. Dedim ki, hətta içi mən qarışıq, təklif gəlsə, orada oynamaq istəyərəm. Amma vurğuladım ki, "Neftçi" ilə müqaviləm var, hər şey bu klubdan asılıdır. Sadəcə, ortada anlaşmazlıq olub".
 
Təlim-məşq toplanışını da dəyərləndirən 24 yaşlı forvard hazırlıq prosesindən maksimum yararlanmağa çalışdıqlarını söyləyib: "İstədiyimiz formanı bərpa etməliyik ki, ilk rəsmi oyunda qələbə qazanıb, mərhələ adlayaq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31