5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Turan Tovuz”un kapitanı: “Avrokuboklarda oynamaq hər bir futbolçunun arzusudu”

“Artıq bir neçə gündür məşqlərə başlamışıq. Avrokuboklarda çıxış edən klublarla müqayisədə bizdə fasilə bir az çox oldu”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

Təcrübəli müdafiəçi fasilədən sonra əksər futbolçuların ideal formadan uzaq olduğunu bildirib: “Hələ ki ilk günlər yüngül məşqlər edirik. Formamızı bərpa etməyə çalışırıq. İstər-istəməz fasilədən sonra bir qədər ideal formadan uzaq olursan. Məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetiririk. Əlimizdən gələni edirik ki, mümkün olduğu qədər tez formamızı bərpa edək”.

Ş.Əliyev Türkiyə toplanışına tam heyətlə yollanmaq istədiklərini vurğulayıb: “Mövsümün sonunda bəzi futbolçularımız zədəli idi. Şükür ki, artıq tam bərpa olunublar. Komandamızdan gedən futbolçular oldu. Yeni transferlərimiz var. Yenə də komandamıza qoşulanlar olacaq. İstəyirik ki, Türkiyə toplanışına tam heyətlə gedək”.

31 yaşlı futbolçu komandaya qoşulan yeni futbolçulara qiymət verməyin hələ tez olduğunu qeyd edib: “Heyətimizdə müəyyən dəyişikliklər olub. Hələ ki yeni gələn futbolçulara qiymət vermək üçün çox tezdi. Nəyə qadir olduqlarını irəlidə görəcəyik. Lakin bu futbolçular heyətə qoşulublarsa, deməli, məqçilər korpusu onları komandamıza layiq biliblər, sistemimizə uyğundular”.

Şəhriyar Əliyev Tovuz təmsilçisinin qarşıdakı mövsümdəki hədəflərindən də söz açıb: “İnanıram ki, yeni futbolçuların gəlişi gücümüzə güc qatacaq, birliyimizi qoruyacağıq. Qarşıda bizi ağır mövsüm gözləyir. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Qarşımızda konkret avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulmayıb. Amma hər bir futbolçunun arzusu avrokuboklarda oynamaqdı. Təbii ki, mən də bunu istərəm. Uğur qazanmaq üçün istər məşqlərdə, istər oyunlarda əlimizdən gələni edəcəyik. Nəticənin necə olacağını isə mövsümün sonunda görəcəyik”.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31