5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

"Rakuv"un baş məşqçisi "Qarabağ"dan danışdı

"Rəqiblə bağlı müəyyən düşüncələrimiz, qənaətimiz var".

Futbolxeber.az saytının məlumatına görə, bunu Polşa "Rakuv"unun baş məşqçisi David Şvarqa UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində potensial rəqibləri olan "Qarabağ"ın Avstriyada "Legiya"ya 0:2 hesabı ilə uduzduğu yoxlama oyunu barədə danışarkən deyib.

33 yaşlı mütəxəssis bildirib ki, sınaq matçlarına əsaslanan fikir yürütmək istəmir: "Həm "Qarabağ"ın, həm də "Legiya"nın keyfiyyətini dəqiq bilirik. Amma bu görüşdən tam təfərrüatlı nəticələr çıxarmağın mənası yoxdur. Çünki bu, illüziya olardı. Çox vaxt yoldaşlıq oyunları reallığı əks etdirmir".

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə qarşılaşacaq. "Köhlən atlar" bu komandanı keçəcəyi halda növbəti raundda "Rakuv" - "Flora" (Estoniya) cütünün güclüsünü sınağa çəkəcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31